Bu gündən başlayaraq, Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış da təqdim etməlidirlər.
Trend-in məlumatına görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Yalnız bu müayinələrdən sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Müayinənin nəticələri həkim sirridir.