Yava Dənizində AirAsia şirkətinin QZ8501 reysli təyyarəsindən daha iki cəsəd tapılıb, rəsmilər bildirir.
Cəsədlər Borneodakı aviabazaya göndərilib. Beləliklə indiyədək doqquz cəsəd tapılıb. Onlardan biri olan stüardessanın dəfn mərasimi keçirilib. Lakin pis hava şəraiti təyyarə qalıqlarının axtarışına maneə törətməkdə davam edib.