Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib. APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.
"Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.