Dünya boyunca insanlar Yeni İli qarşılamağa hazırlaşır. Planetin bəzi hissələrinə isə 2015-ci il artıq qədəm basıb.
Yeni Zelandiya və Avstraliyada göyə fişənglər atılıb. Sidney limanı sahillərinə 1 milyon yarıma yaxın insan toplaşıb və şəhərin məhşur atəşfəşanlığını izləyiblər.
İndoneziyaya da Yeni il artıq gəlsə də, bayram mərasimləri təntənəli olmayıb - ölkə AirAsia təyyarəsinin qəzaya uğramasına görə yas içərisindədir.