Bazar günü günü, 08 noyabr 2026
     

Baş Prokurorluq “Azadlıq radiosu"nun Azərbaycandakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları ilə bağlı məlumat yaydı

Image


Azərbaycan Baş Prokurorluğu "Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin şübhəli bank əməliyyatları haqqında xəbər yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a daxil olan məlumatda deyilir ki, istintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən "RFE/RL İnc” (Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları korporasiyası) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub.

"RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına 2010-cu il yanvarın 1-dən 2014-cü il dekabrın 9-dək olan müddətdə "RFE/RL İnc” şirkətinin baş ofisi tərəfindən 3 milyon 555 min 688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189 min 100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib.

Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189 min 100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən "Fərqli düşüncə” adlı jurnalın pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.

Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş "RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müxbiri Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, nümayəndəliyin maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında "Azadlıq” radiosunun "Oxu zalı” layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş cəmi 3675 manat pul vəsaitinin yalnız 900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2775 manat pulu Yəhya Mirzəyev özünə götürüb.

Nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu da ifadəsində göstərib ki, 2012-ci ilin noyabrında "RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb, qalan məbləği gətirib ona verməyi təklif edib, bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Onun göstərişi əsasında 2012-ci ilin dekabrından 2013-cü ilin iyun ayı da daxil olmaqla, hər ay xidmət haqqı adı ilə bank hesabına köçürülmüş cəmi 7910 manat pulun hamısını bankdan nağdlaşdırıb çıxardıqdan sonra, yalnız 2900 manatını özünə götürüb, 5010 manat məbləğində pulu isə maliyyə meneceri Yəhya Mirzəyevə verib. 2013-cü ilin iyununda şəffaf xidmət haqqı müəyyən edilməyən yerdə işləmək istəmədiyi üçün işdən çıxıb.

Beləliklə, həyata keçirilmiş istintaq hərəkətləri ilə "RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə meneceri vəzifəsində işləyən Mirzəyev Yəhya Hidayət oğlunun qulluq səlahiyyətlərindən tamah məqsədilə sui-istifadə edərək vəzifə saxtakarlığı ilə cəmi 7785 manat məbləğində pul vəsaitini mənimsəməsində əsaslı şübhələr mövcuddur.

Qeyd edilən məlumatların, eləcə də 2010-2014-cü illərdə "RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına daxil olan pulların 1 milyon 944 min 412 manatının işçilərə aylıq əmək haqqı, 1 milyon 422 min 176 manatının isə görülmüş işlərin və göstərilmiş xidmətlərin haqqı adı ilə 61 nəfər fiziki və 25 hüquqi şəxsə bank köçürməsi vasitəsilə məxaric edilməsinin araşdırılması istiqamətində yerinə yetirilmiş ilkin istintaq tədbirləri ilə Nümayəndəliyin əsasnaməsinin 4-cü bəndində qurumun Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan fəaliyyətlə məşğul olması, 6.2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında lazımi qaydada uçot aparmalı və müvafiq dövlət orqanlarına hesabat verməli olduğunun nəzərdə tutulmasına baxmayaraq, Nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının bir sıra qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif olunmuş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə xidmət haqqı adı ilə çoxlu sayda fiziki və hüquqi şəxsə bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi, həmçinin jurnalistlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində birillik akkreditasiya müddətləri tamamlansa da, akkreditə müddətinin uzadılmaması müəyyən edilib.

Şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 27 dekabr tarixli qərarı ilə "RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, eləcə də onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil olunub, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə Nümayəndəliyin "Azərbaycan Beynəlxalq Bankı” ASC-də yerləşən bank hesabları üzrə əməliyyatlar müvəqqəti dayandırılıb. Yoxlamanın ilkin nəticələri Nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən yayındırılmasında şübhələnməyə əsas verir.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ