Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamının şamil edildiyi daha iki nəfər, "Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa buraxılıblar.
APA-nın məlumatına görə, Bakı İstintaq Təcridxanasında keçirilən icra prosesində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov da iştirak edib.