ABŞ Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab edir. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.
"Biz Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırırıq”, - deyə C. Ratke qeyd edib.
O, "Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin bağlanmasından narahatlıq keçirdiklərini də diqqətə çatdırıb.