Moskva və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, patriarx Kirillin məktubunda deyilir:
"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ən səmimi arzularımı qəbul edin. 10 ildən çoxdur ki, Siz Azərbaycan Respublikasına rəhbərlik edirsiniz. Sizin rəhbərliyinizlə ölkə dövlətdə sabitliyə, sülhə və onun vətəndaşlarının firavanlığına nail olmaq məqsədilə sosial-iqtisadi dəyişikliklər yolunda uğurla irəliləyir. Fərəhlə qeyd edirəm ki, mübarək Azərbaycan torpağında milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların birgə həyatının gözəl modeli praktiki olaraq reallaşır. 2010-cu ilin aprelində Bakıya səfərim zamanı bunu yəqin etmək imkanım oldu. Sizinlə görüşlərimizi, Sizin səxavətinizi, qonaqpərvərliyinizi həmişə hərarətlə xatırlayıram.