"Hüquq mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Bu baxımdan "Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan araşdırmanı təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur”.
Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında "Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.
S.Novruzov qeyd edib ki, Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər: "Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb”.
S.Novruzov qeyd edib ki, şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır və bunun üçün də rəsmi qərar çıxarılır: