Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanlı oliqarxa belə divan tuturlar - FOTO

Image


Rusiya Federasiyası Komi Respublikasının Ali Məhkəməsi bu günlərdə azərbaycanlı iş adamı, "Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru, Komidəki yerli azərbaycanlı icmasının lideri, regional Dövlət Şurasının deputatı Akif Sayadovun həbs müddətinin daha iki ay uzadılması barədəki vəsatətə baxdı. Və bu biabırçı vəsatəti təmin etdi. Vəkillərin apelyasiya şikayəti isə baxılmamış saxlandı.

Baki-xeber.com virtualaz.org-a istinadən xəbər verir ki, A.Sayadov başqasının əmlakını mənimsəmə ittihamı ilə oktyabrın 27-də həbs olunub. Elə həmin gün də Kominin paytaxtı Sıktıvkar şəhərinə aparılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dekabrın 24-də həbs müddəti bitdiyindən qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Azərbaycanlı oliqarx Rusiya Federasiyası Cinayət Məcəlləsinin (RF CM) 160-cı (ona etibar olunmuş özgə əmlakını mənimsəmə) və 174.1-ci (pul vəsaitləri və əmlakın cinayətkar yollarla leqallaşdırılması) maddələri ilə ittiham olunur.

İstintaq materiallarına görə, A.Sayadov geoloji-kəşfiyyat işləri üçün avadanlıqların alınması, çatdırılması və saxlanması üzrə müqavilələr imzalayarkən şirkətin təxminən 42 milyon rubl vəsaitini mənimsəyərək nəqdləşdirib. Bundan əlavə, iddia olunur ki, A.Sayadov 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən bu səfərlərdə olduğu müddətdə özünə maaş yazılmasına göstəriş verib, bu zaman ezamiyyət və ya məzuniyyətdə olmasına dair heç bir sənəd təqdim etməyib, bununla da ona şəxsi məqsədlərlə xərclədiyi pullar (1,2 milyon rubl) heç bir əsas olmadan ödənilib, nəticədə isə ASC-yə maddi ziyan dəyib.

Daha sonra istintaq A.Sayadovun Rusiyanı tərk edəcəyindən ehtiyat edərək onun həbs müddətinin artırılmasını tələb edib...

A.Sayadov proses iştirakçıları ilə Kirov şəhərinin istintaq təcridxanasından videoəlaqə vasitəsilə danışdı. Onlara suallar verdi. Soruşdu ki, Kominin mərkəzində istintaq təcridxanası ola-ola onu ucqarda niyə saxlayırlar, məhkəməyə niyə aparmırlar.

Güc strukturlarından heç kim suala cavab vermədi.

Ali Məhkəmənin iclası başlayan kimi müdafiə tərəfi qətimkan tədbirinin yumşaldılmasını, müttəhimin 3 milyon rubl müqabilində zaminə və ya ev dustaqlığına buraxılmasını tələb etdi, bu tələbini bir neçə tutarlı arqumentlə əsaslandırdı. Bu arqumentlər arasında Komi Dövlət Şurasının 15 deputatının, Rusiyadakı Azərbaycan diasporunun 64 nüfuzlu nümayəndəsinin, habelə A.Sayadovun çoxsaylı nüfuzlu həmkarlarının müraciətləri, nəhayət, A.Sayadovun aldığı çoxsaylı dövlət mükafatları və fəxri fərmanlar da var.

Vəkillər bunların hamısın iş materiallarına əlavə etməyi istədilər. RF CM-ə görə, həbs qərarı verilərkən müttəhim barədəki müsbət xarakteristika yüngülləşdirici hal kimi nəzərə alınır.

Əvvəlcə elə görünə bilərdi ki, məhkəmə heyəti bu arqumentlərə diqqət yetirəcək. Amma yetirmədi.

Vəkillər A.Sayadovun Sıktıvkar və ya Uxta şəhərlərinin təcridxanasına köçürülməsini də tələb etdilər. Bu tələb daha ciddi əsaslara söykənir. Belə ki, A.Sayadov ağır onkoloji xəstəlikdən əziyyət çəkir. O, 6 kurs kimya terapiyası müalicəsi alıb, müalicə planı isə 2 illiyə nəzərdə tutulub. Üstəlik, məhkəməyə təqdim olunmuş tibbi rəydə açıq-aşkar yazılıb ki, A.Sayadovun ona qoyulmuş bu diaqnozla çox yaşamaq şansı elə də böyük deyil. Digər tərəfdən, Rusiya Cinayət-Prossesual Məcəlləsinin 109 və 110-cu maddələri də məhkəməyə barəsində ağır xəstə olması haqda tibbi rəy verilmiş şəxsin həbs müddətini uzatmaq hüququ vermir.

A.Sayadovun vəkilləri bu xüsusatları məhkəmə heyətinə dəfələrlə xatırlatdılar.

Vəkil İqor Kopenkin hakim İvan Obuxova və ittiham tərəfinə müraciət edərək açıq mətnlə belə dedi: "İttiham olunan şəxsin ölümü ilə nəticələnən və beynəlxalq aləmdə böyük rezonans doğuran "Maqnitskinin işi” sizə görünür, dərs olmayıb. İndi məhkəmənin qeyri-qanuni qərarları ucbatından daha bir müttəhimin təcridxanada ölməsi ehtimalı çox realdır. Özü də o, elə istintaq dövründə vəfat edə bilər. Təəssüf ki, istintaq və məhkəmə sanki kardır və bizim dəlilləri eşitmirlər. Nə etməli?! Siz beləcə də davam edin. Amma nəzərə alın ki, siz mənim müvəkkilimin ölümündə günahkar olacaqsınız”.

Məhkəmə heyəti vəkilin bu bəyanatına heç bir reaksiya vermədi. Hakimlər vəkillərin "Akif Sayadov istintaqdan qaçıb gizlənmək niyyətində deyil” sözlərinə də məhəl qoymadı.

Amma vəkillərin son bəyanatı prokurorluq nümayəndəsinin qətiyyən xoşuna gəlmədi. O, yenə də iddia etdi ki, şübhəli şəxs azadlığa çıxan kimi istintaqın bitməsini gözləməyərək guya qaçıb gizlənəcək.

Prokurorluq əməkdaşı bəlkə də haqlı idi, çünki ağır xəstə olan oliqarx gizlənə bilər, amma təəssüf ki, torpağın altında...

Bununla belə məhkəmə heyəti şübhəli şəxs kimi saxlanan A.Sayadova heç olmasa videoəlaqə vasitəsilə öz fikirlərini bildirmək imkanı yaratdı.

Nəhayət, danışmağa taqəti də qalmayan (onun zəif, heysiz olduğunu monitordan da aydın görmək olardı) biznesmen bildirdi ki, məhkəmə zalında baş verənlər ədalət mühakiməsi prosesindən daha çox ona divan tutulması prosesini xatırladır, hakimlər isə bütün dəlil-sübutları açıq-aşkar qulaqardına vururlar.

A.Sayadov bildirdi ki, onun həbsi sifariş edilib. Biznesmen onun ölümünü arzulayanları axtarıb tapacağını da vəd etdi.

Bununla belə A.Sayadov məhkəmənin ədalətli qərar verəcəyinə ümidini itirmədiyini də dedi: "Mən artıq iki aydır ki, qeyri-insani işgəncələrə məruz qalıram. Mənim kimi ağır vəziyyətdə olan xəstə və yaşlı bir adamın dərmansız, müalicəsiz, özü də təcridxanadakı dəhşətli şəraitdə saxlanmasının adı işgəncədir. İstintaqla əlbir olan yerli həkimlər məni öldürməyə çalışırlar. Cənab hakim, əgər ədalətli qərar verməsəniz, siz də mənim ölümümdə günahkar sayılacaqsınız”.

Bundan sonra vəkilləri A.Sayadovun telefonlarının 2012-ci ilin payızından etibarən dinlənildiyini məhkəmə heyətinin nəzərinə çatdırdılar. Halbuki məhkəmə qərarı olmadan telefonları dinləmək RF CM-ə görə cinayət tərkibli əməldir. Lakin məhkəmə burada da qanun pozuntusu "görmədi”.

"İrəli sürülən ittihamların çoxunun heç bir əsası yoxdur. Cəsarətlə deyirəm ki, bu cinayət təqibi gec-tez dayandırılacaq. Burada yox, başqa instansiyalarda dayandırılacaq. Burada baş verənlərin isə cinayət hüququna heç bir aidiyyəti yoxdur” - deyə vəkil Aleksey Knyazev bildirdi.

Məhkəmə istintaqının gedişində o da məlum oldu ki, istintaq ittihamnaməyə daha ciddi maddələrlə tövsif olunan əməlləri (məsələn, ən azı terrorçuluğu maliyyələşdirmək) əlavə etmək üçün sənədləri saxtalaşdırmağa da qol qoyub. Həmin saxta sənədlər isə A.Sayadovun son illər ərzində guya ABŞ, İraq, Suriya və Ukraynaya dəfələrlə səfərlər etdiyini "sübuta yetirir”.

"Məni xilas edin, cənab prezident!”

"Bütün bunlar yalandır, mən ümumiyyətlə bu ölkələrdə olmamışam. Cənab prokurorlar, nəyə görə yalan danışırsınız? Doğrudanmı aydın deyil ki, məni "zakaz ediblər”, məni məhv etmək istəyirlər. Mən buradan prezident Putinə müraciət edirəm: cənab prezident, məni xilas edin” - deyə oliqarx videoəlaqə zamanı yalvardı.

Vəkil İ.Kopenkinin replikası zalda gülüş doğursa da işin mahiyyətini nəzərə alanda acı və məşum səslənirdi: "İstintaqda təsadüfən mənim müvəkkilimin "əl-Qaidə”nin və ya "İslam Dövləti”nin yaradılması ilə əlaqəsinin olduğuna dair irad yoxdur ki? Və ümumiyyətlə, nəyə görə ona bu cür əzab verirsiniz? Yaxşısı budur ki, dərhal öldürün, əzab çəkməsin. O, kiçik, təkadamlıq kamerada, ventilyasiyasız şəraitdə saxlanılır, nəfəs ala bilmir, üstəlik onunla ünsiyyət yaratmağa da imkan verilmir. Müdafiə etdiyimiz şəxslə normal danışa bilmirik, onunla birbaşa ünsiyyətə icazə verilmir. Bizə məlumdur ki, o, bir neçə dəfə huşunu itirib. Nəinki Rusiya qanunları, beynəlxalq konvensiyalar, hətta işgəncələrə qarşı Cenevrə Konvensiyası da birbaşa pozulur”.

Təəssüf ki, bütün səylər boşa çıxdı, vəkillərin heç bir arqumenti hakimlərə təsir etmədi. Məhkəmə heyəti A.Sayadovun gələn il fevralın 26-na qədər həbsdə saxlanılması haqda qərar verdi.

Sayadovun açıqlamaları

Aydındır ki, A.Sayadovla danışmaq virtualaz.org saytının Bakıdan Sıktıvkara qədər minlərlə kilometr yol gedən əməkdaşı üçün çox vacib idi, ancaq prokuror buna israrla icazə vermirdi. Amma hələ də aydın deyil ki, onun ürəyi necə yumşaldı və cəmi iki dəqiqə vaxt ayırdı.

A.Sayadov öncə saytımız vasitəsilə Azərbaycan xalqına salam göndərdi: "Fəxr edirəm ki, azərbaycanlıyam və həmişə böyük Heydər Əliyevin yoluna sadiqəm. Mən xalqımı utandıracaq heç nə etməmişəm. Görünür, mənim burada - Rusiyada qazandığım uğurlar kimlərinsə xoşuna gəlmədi və mənə divan tutmağa qərar verdilər. Mən öz xalqımı sevirəm... Bədbəxtlikdən, mən ölmək üzrəyəm və xahiş edirəm hamıya çatdırasınız ki, Sayadov heç vaxt heç kimdən bir qəpik də götürməyib. Bütün bu ittihamlar mənim düşmənlərimin yalanıdır. Ancaq Allah böyükdür. O, hər şeyi görür. Şadam və sonsuz minnətdaram ki, xalqım məni xatırlayır. Bir qəpik də olsun dövlət vəsaitini mənimsəməmişəm. Bizim müəssisələrimiz tenderlərdə iştirak edib və qazma avadanlıqları alınıb. Avadanlıqlar heç yana itməyib və öz dəyərindən bir neçə dəfə çox qazanc gətirib, şirkətə böyük gəlir verib. Müəssisədə bu avadanlıqların olması müstəntiqlərə il yarım əvvəldən məlum idi. Ona görə də başa düşmürəm ki, məni nədə ittiham edirlər. Yəqin ki, məhkəməyə qədər sağ qalmaram. Ona görə də Azərbaycan xalqına çatdırın ki, mən günahsızam...”

Vəkil Aleksey Knyazev müxbirimizlə söhbətində istisna etmədi ki, Sayadovdan onun rəqibləri qisas alır və söhbət adi reyderlikdən gedir: "Rusiyada "bespredel” o həddə çatıb ki, reyderlər dövlət müəssəsini ələ keçirirlər. Məhkəmənin bugünkü qərarı biabırçılıqdır”.

...Akif Sayadovu sağalmaz xəstəlikdən xilas etmək bizim əlimizdə deyil, ancaq biz azərbaycanlılar hər şeyi etməliyik ki, o, bu dünyanı layiqli şəkildə tərk etsin...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ