Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsində tikintisində gecikmə var. Lakin fikirləşirəm ki, bu yubanma tez bir zamanda başa çatacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın energetika naziri, baş nazirin birinci müavini Kaxa Kaladze azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
"Gürcüstan tərəfdə görülən bütün işlər başa çatıb və biz bir neçə gündən sonra sınaq qatarını yoxlayacağıq. Fikirləşirəm ki, Türkiyə tərəfi də işlərini sürətləndirəcək”, - deyə K. Kaladze.