Bazar günü günü, 08 noyabr 2026
     

KİV DF media nümayəndələrinin geniş toplantısında ilə yekun vurdu və yeni ilin vəzifələrini müəyyənləşdirdi

Image


Dekabrın 24-də "AltunSaray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 2014-cü ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu, ictimai həyatın digər sahələri kimi, fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsi, eləcə də kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Fondun 2014-cü ildəki fəaliyyətinin yekunları ilə bağlı geniş hesabatla çıxış edən V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan çoxsaylı layihələr barədə məlumat verib.
Fondun icraçı direktoru Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq 19 istiqamət üzrə 34 gündəlik və həftəlik qəzetə maliyyə dəstəyinin davam etdirildiyini, il ərzində həmin qəzetlərdə 6 min səhifədən çox yazıların dərc olunduğunu vurğulayıb. O, Fondun 2014-cü ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Жurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə 6 ay aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü bildirib.
V.Səfərli ötən illərdə olduğu kimi, 2014-cü ildə də dövlət və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələrinin əlaqələrinin genişləndirilməsi məqsədilə İmişli, Şəmkir və Xaçmaz rayon icra hakimiyyətləri ilə birgə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfranslar keçirdiyini diqqətə çatdırıb. Bundan başqa, Fond 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar KİV nümayəndələrinin seçki prosesində fəallığının təmini, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi məqsədilə 2014-cü il dekabrın 15-də Mərkəzi Seçki Komissiyası ilə birgə "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları" mövzusunda konfrans təşkil edib. Həmin konfransda jurnalistlərə hüquq və vəzifələri barədə məlumat verilib, onlara "Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi" kitabçaları paylanıb.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, il ərzində Nizami, Binəqədi, Sabunçu, Səbail rayon icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə 7 müsabiqə keçirilib, ümumilikdə, 10 müsabiqəyə 500-dən çox jurnalist yazı təqdim edib, 350-dən çox jurnalist mükafatlandırılıb.
V.Səfərli bildirib ki, qaliblərinin təqdimatına yığışdığımız müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazı daxil olub. Yazılar 13 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında 57 redaksiyanı təmsil edən 114 nəfər jurnalist qalib elan edilib: "Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 300 manat olmaqla 2, III yer üçün 200 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".
V.Səfərli daha sonra ölkəmizdə azad sözün, müstəqil mətbuatın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların mənzil probleminin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Fondun və media ictimaiyyətinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. V.Səfərli keçirilən tədbirin əlamətdar bir günə - Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini diqqətə çatdıraraq media nümayəndələri adından dövlət başçısını təbrik edib, ona can sağlığı və respublikamızda aparılan quruculuq işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov çıxışında tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Hazırkı informasiya əsrində jurnalistlərin fəaliyyətinin cəmiyyət üçün son dərəcə əhəmiyyət daşıdığını bildirən Əli Həsənov 2014-cü ili kütləvi informasiya vasitələrinin inkişafı baxımından uğurlu il kimi dəyərləndirib. Azərbaycanda jurnalistlərə yaradılan geniş imkanlardan, azad medianın inkişafı istiqamətində görülən işlərdən söz açan Əli Həsənov bəzi beynəlxalq qurumların bu uğurların üzərinə kölgə salmaq cəhdlərinin qərəzli xarakter daşıdığını vurğulayıb: "Azərbaycan media nümayəndələri ölkəmizdə baş verən hadisələri, dövlətin siyasətini, hökumətin fəaliyyətini, o cümlədən Azərbaycanın ətrafında, beynəlxalq aləmdə baş verən hadisələri sərbəst şəkildə təhlil edir, heç bir kənar müdaxilə olmadan istədikləri informasiyanı toplayaraq ictimaiyyətə çatdırır. Heç kim deyə bilməz ki, Azərbaycanda bu sahədəki mövcud vəziyyət dünyanın hansısa ölkəsindən pisdir. Heç kim deyə bilməz ki, Azərbaycanda hər hansı jurnalist dövlət tərəfindən, yaxud dövlətin ayrı-ayrı strukturları tərəfindən təzyiqlərə məruz qalıb".
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatının hazırda özünün parlaq inkişaf dövrünü yaşadığını deyən Əli Həsənov ölkəmizdə söz və mətbuat azadlıqlarının bərqərar olmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladıb. Əli Həsənov ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində ölkədə hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququnun təmin olunduğunu, 1998-ci il avqustun 6-da mətbuat üzərində senzuranın ləğv edildiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət son 11 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir.
Əli Həsənov Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nı söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmini məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəd kimi dəyərləndirib. Prezident Administrasiyasının şöbə müdiri 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Əli Həsənov, həmçinin Azərbaycanın jurnalistləri dövlət hesabına mənzillə təmin edən yeganə dövlət olduğunu da xüsusi qeyd edib: "Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanıb. Hazırda 250 mənzildən ibarət daha bir binanın tikintisi davam etdirilir. Biz bu gün çox məmnuniyyətlə və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Bəlkə də Avropa və dünya ölkələrinin çoxundan qabaq bu dəyər Azərbaycan mediasına və onların nümayəndəsi olan jurnalistlərə məxsusdur".
Prezident Administrasiyasının şöbə müdiri çıxışının sonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün jurnalistləri təbrik edərək onlara uğurlar arzulayıb. Çıxışının sonunda Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Əli Həsənov onun rəhbərliyi altında ölkəmizin daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Sonra Fondun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimindən sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qalib jurnalistləri təbrik edib, habelə belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açıb. O, "Жurnalistlərin dostu" mukafatına layiq görülmüş Prezident İlham Əliyevin mediaya əsil dost münasibəti göstərməsini, jurnalistlərin problemlərinin həllinə həssaslıqla yanaşmasını yüksək dəyərləndirib.
Əflatun Amaşov son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, respublikamızın Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə sahiblik etdiyini, regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun səviyyəsinin aşağı salınması, demokratikləşmə və hüquqi dövlət quruculuğu sahəsində ciddi uğurların əldə olunduğunu diqqətə çatdırıb. Dünyanın informasiya ilə idarə olunduğunu deyən Əflatun Amaşov ölkə jurnalistlərini milli həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırmağa, dövlətçiliyin və milli maraqların müdafiəsində dayanmağa çağırıb
Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ