"14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.
Y. İsakov bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: "Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”.