Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.
Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül də Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir: "Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.
Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.
Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm".
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovdan isə daxil olan təbrik məktubunda qeyd edilir: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin müdrikliyiniz və təcrübənizə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan Respublikası mühüm potensiala malik olan, dinamik inkişaf edən dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf üçün yeni təkan alıb.
Əmin olduğumu bildirirəm ki, Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da daim genişlənəcək və dərinləşəcək.