Dekabrın 16-dan 17-dək Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş "Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar edilmişdir.