Azərbaycan öz uğurlarına görə Prezident İlham Əliyevə borcludur. Bunu Trend-ə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib. Onun sözlərinə görə, əldə olunan uğurlar, ölkənin və xalqın firavanlığı istənilən dövlət başçısı üçün ən yaxşı hədiyyədir.
M.Qusman qeyd edib ki, bu mənada Azərbaycan Prezidenti xoşbəxt insandır: "O, öz ad gününə bütün mümkün hədiyyələrdən ən böyüyünü alır - hədsiz dərəcədə sevdiyi doğma ölkəsi Azərbaycanın uğurlarını”.
TASS agentliyinin baş direktorunun birinci müavini bildirib ki, Azərbaycanın iqtisadi, mədəni və sosial sahələrdə, eləcə də beynəlxalq arenada əldə etdiyi uğurlar ölkə başçısı üçün ən yaxşı hədiyyədir.
M.Qusmanın sözlərinə görə, ədalət naminə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu hədiyyəni özü özünə edib: "Ölkənin uğurları məhz onun rəhbərliyi altında mümkün olub”.