Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda baş tutmuş daha bir seçkinin yekun rəqəmi - 38.93 faiz
Tarix: 24.12.2014 / 02:19
Bölmə: Gündəm
Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. APA-nın məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçilməsi nəzərdə tutulurdu. Səsvermə 5015 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.
Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilər başlamazdan öncə məlumat verərək qeyd edib ki, seçkilər 50 mindən artıq müşahidəçi tərəfindən izlənilənir.
M.Pənahov əlavə edib ki, seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb. M.Pənahov qeyd edib ki, vətəndaşların səs verməsi üçün lazım olan bütün şərait yaradılıb.
Saat 10:00: Seçici fəallığı 10,4 faiz
Saat 10:00-a olan məlumata görə, bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 10,4 faiz təşkil edib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, səs vermiş seçicilərin sayı 501 254 nəfər təşkil edib. Ümumilikdə isə seçicilərin sayı 4 819 382 nəfərdir.
R.Gülməmmədov bildirib ki, MSK-nın "Qaynar xətti"nə 25 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. Hər hansı şikayət daxil olmayıb.
Ən çox seçici fəallığı 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan seçki dairəsində qeydə alınıb. R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə Culfa və Şərur seçki dairələrində qeydə alınıb.
Saat 12:00: Seçici fəallığı 21,44 faiz
Saat 12:00-a olan məlumata görə, seçici fəallığı 21,44 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədovun sözlərinə görə, 4 819 382 seçicidən 1 033 210 nəfəri səs verib.
R.Gülməmmədov qeyd edib ki, bu saata qədər MSK-nın "Qaynar xətt"inə, e-poçt ünvanına müraciətlər daxil olmaqda davam edir və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlıdır. Hər hansı şikayət daxil olmayıb.
Ən çox seçici fəallığı 51 saylı Qusar, 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə 37, 38, 39, 40 saylı Gəncə seçki dairələrində qeydə alınıb.
Məzahir Pənahov: "Seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir"
Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib.
Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub.
M.Pənahov internetdə seçki məntəqlərindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib.
Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub.
M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb.
MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.
Mətbuat Şurasının "Qaynar xətt"inə müraciət daxil olmayıb
Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.
Bu məqsədlə MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar. Bu barədə baki-xeber.com-a MŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hər hansı neqativ cəhət qeydə alınmayıb.
Mətbuat Şurasının "Qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri də saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 14:00-dək səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.
Saat 15:00: Seçici
fəallığı 32.44 faiz
Saat 15:00-a olan məlumata görə, respublika üzrə seçici fəallığı 32.44 faiz təşkil edib. Trend-in məlumatına görə, MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədovun sözlərinə görə, 4 819 382 seçicidən 1 563 357 nəfəri səs verib.
Ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb. R.Gülməmmədovun sözlərinə görə, ən az seçici fəallığı isə Gəncə üzrə dörd dairədə və Nəsimi üzrə 1 saylı dairədə qeydə alınıb.
AVCİYA: "Seçkilər sakit tərzdə, demokratik mühitdə keçir"
"Biz AVCİYA olaraq 400 seçki məntəqəsində müşahidə aparırıq. Müşahidəçilərimizlə müntəzəm əlaqə saxlayırıq. İndiyədək seçkilər sakit tərzdə, demokratik mühitdə keçir və ciddi bir qanun pozuntusu qeydə alınmayıb". Bunu Trend-ə açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri qeyd edib ki, ötən seçkilərlə müqayisədə seçicilər daha çox fəallıq nümayiş etdirirlər: "Ötən bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin fəallığı daha yaxşıdır. Bilirsiniz ki, əhali digər seçkilərə nisbətən bələdiyyə seçkilərinə elə də maraq göstərmir. Çünki prezident və parlament seçkilərində daha ciddi mübarizə gedir. Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan məlumatına görə, seçici fəallığı 32,44 faiz olub. Bizdə də 400 məntəqə üzrə buna yaxın rəqəm qeydə alınıb".
Saat 17:00: Seçici fəallığı 36.38 faiz
Saat 17:00-a olan məlumata görə, seçici fəallığı 36.38 faiz təşkil edib. R.Gülməmmədovun sözlərinə görə, 4 819 382 seçicidən 1 753 394 nəfəri səs verib.
Ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb. Ən az seçici fəallığı isə 1, 2, 3 saylı Sabunçu və 1 saylı Nəsimi seçki dairələrində qeydə alınıb.
Elmira Süleymanova: "Hər hansı pozuntularla bağlı müraciət olunmayıb"
"İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntularla bağlı bizə müraciət olunmayıb". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib. Lakin E.Süleymanova hansısa müraciətlərin olacağını istisna etməyib: "İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik, amma yenə də hansısa müraciətlərin daxil olacağını istisna etmirəm. Seçkilər qurtarandan sonra belə şeylər olur. Keçən dəfə də belə olmuşdu. Demək istəyirəm ki, bunların heç biri diqqətdən kənarda qalmır. Həmin an müraciətlər Mərkəzi Seçki Komissiyasına göndərilir və orada da lazımi tədbirlər görülür. Bildiyiniz kimi, keçən bələdiyyə seçkiləri zamanı da bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu".
O, əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman Aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və oradan da hər hansı şikayət və ya narazılıq eşitməyiblər.
Onun sözlərinə görə, hər bir cəzaçəkmə müəssisələrində seçki məntəqələri yaradılıb və məhkumlar mütəşəkkil qaydada səs veriblər.
Səsvermənin ilkin nəticələri
Səsvermənin ilkin nəticələri də məlum olub. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, saat 19:00-da səsvermə prosesi başa çatıb və həmin saata olan məlumata görə, bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 38,93 faiz təşkil edib.
Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 876 014 nəfəri səs verib.
R.Gülməmmədov qeyd edib ki, MSK-nın qaynar xəttinə, poçt ünvanına və "facebook" səhifəsinə 138 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və bu müraciətlər operativ şəkildə cavablandırılıb. Hər hansı şikayət daxil olmayıb.
Seçkilərdə ən yüksək və ən zəif seçici fəallığı qeydə alınan seçki dairələri də məlum olub. APA-nın məlumatına görə, ən yüksək seçici fəallığı 51 saylı Qusar (52,42 faiz), 53 saylı Quba-Qusar (50,60 faiz) və 52 saylı Quba (49,73 faiz) seçki dairələrində qeydə alınıb.
Ən zəif seçici fəallığı isə 21 saylı Nəsimi Birinci (29,15 faiz), 22 saylı Nəsimi İkinci (29,20 faiz) və 28 saylı Sabunçu Üçüncü (30,90 faiz) seçki dairələrində olub.
Əli Əhmədov: Azərbaycanda bələdiyyə seçkiləri baş tutub"
Azərbaycanda bələdiyyə seçkiləri baş tutub. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyada bələdiyyə seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, YAP seçki prosesində iştirak edib və bütün bələdiyyələr üzrə namizədlərini irəli sürüb.
Ə.Əhmədov bildirib ki, bütövlükdə YAP-dan bələdiyyə seçkilərində 16 760 nəfərin namizədliyi irəli sürülüb: "Onlardan 13 404 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb, 3356 nəfər isə namizədliyini fərdi qaydada irəli sürüb".
O, qeyd edib ki, ümumi namizədlərin təxminən 40 faizi YAP-dan olub: "Bu onu göstərir ki, YAP-ın seçkilərdə fəaliyyəti geniş əhatəli olub".
Seçki kampaniyası ilə əlaqədar görülən işlər barədə məlumat verən Ə.Əhmədov qeyd edib ki, bütün bələdiyyələrdə YAP-dan olan namizədlərin təşviqat kampaniyası təşkil edilib. Onların seçkilərdə uğur qazanması üçün əsaslar yaradılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən 640 min nəfərin YAP-ın üzvü olduğunu deyən icra katibi bildirib ki, partiya böyük insan resurslarına malikdir: "İstinad etdiyimiz bütün resurslar partiyanın uğur qazanması üçün əsas yaradır. Bundan əvvəlki seçkilərdə YAP-ın namizədləri 60 faizdən çox səs toplayıblar. Builki seçkilərdə daha yüksək nəticələr, uğurlar qaznmağımıza imkan və əsaslarımız var".
Ə.Əhmədov deyib ki, ötən seçkilərdə bələdiyyələrə üzvlər arasında qadınların və gənclərin sayı bir neçə dəfə artdı: "Bələdiyyələrin tərkibində qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Budəfəki seçkilərdə daha çox qadınların və gənclərin mandat alacağına inanırıq".
Baş nazirin müavini bildirib ki, bütövlükdə YAP seçki kampaniyasının gedişini yüksək qiymətləndirir: "Sabitlik və əmin-amanlıq baxımından, Seçki Məcəlləsinin tələblərinə uyğunluq baxımından, qanun pozuntularına yol verilməməsi baxımından budəfəki bələdiyyə seçkilərinə uğurlu hesab etmək olar".
O, əlavə edib ki, hər hansı ciddi qanun pozuntusunun olması barədə məlumatlar daxil olmayıb: "Hesab edirəm ki, seçkilər uğurla keçib".
Ə.Əhmədov xatırladıb ki, partiyanın seçki platforması "Rifah və quruculuq naminə" adlanıb. Bütün bələdiyyələrlə qəbul edilmiş vahid forma əsasında plakatlar buraxılıb: "İnanıram ki, bu seçki kampanyasında əldə etdiyimiz uğurlar 5 il əvvəl əldə etdiklərimizdən yüksək olacaq. YAP sevinir ki, yeni bir seçki kampaniyasını uğurla başa çatdırıb".
Rəsmi və qeyri-rəsmi müşahidəçilərin mülahizələri də deməyə əsas verir ki, seçkilər baş tutub və seçkilərin legitim sayılması üçün kifayət qədər seçici iştirak edib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ