Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi Seyid Kazım Səccadi, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İranın Azərbaycandakı baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.