Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Abşeron rayonunda yerli əhali ilə görüşüblər.
Fondun İnformasiya Təminatı sektorundan baki-xeber.com-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fuad Cəbrayılov, İctimai-siyasi və humanitar məsələlər ş?bəsinin baş məsləhətçisi Yalçın Fərəcov, Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova və rayon ictimaiyyəti iştirak edib.
Bilik Fondunun yerli nümayəndəsi T.Hüseynova rayon ziyalılarının Fondun b?t?n ?lkəni əhatə edən fəaliyyətini yaxından izlədiklərini bildirib və bundan sonra da olduqca səmərəli işlər görüləcəyinə əminliyini ifadə edib. Fondun Abşeron rayonunda maarifləndirmə istiqamətində layihələr həyata ke?irməsi ???n hər ??r şərait yaradıldığını deyən T.H?seynova Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə nəşr olunan bukleti iştirakçılara təqdim edib. Bukletdə Abşeron rayonu ərazisində yerləşən tarixi adidələr, rayonun görkəmli şəxsiyyətləri haqqında məlumatlar yerləşdirilib.
Bilik Fondunun yaradılmasını ölkə başçısının təhsilə və maarifçiliyə böyük töhfəsi kimi dəyərləndirən icraçı direktor O.Səmədov azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının cəlb olunmasının vacibliyini vurğulayıb.
Bilik Fondun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən O.Səmədov iştirakçıların çoxsaylı suallarını cavablandırıb və yerli ictimaiyyətlə yüksək səviyyədə təşkil olunan görüşlərə görə icra hakimiyyətinin başçısına təşəkkürünü bildirib.
Tədbirdə Bilik Fondunun fəaliyyətini əks etdirən film nümayiş olunub.
Bilik Fondu rayonlarda görüşlərini davam etdirir.