ABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyin etməlidir.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu tələblər ABŞ Konqresinin qəbul etdiyi və prezident Barak Obamanın imzaladığı qanun layihəsində yer alıb.
Sənəddə qeyd olunub ki, ABŞ-ın Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəliklər informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunmalıdır.
Qanun layihəsində həmçinin ABŞ-ın mərkəzi icra strukturlarına ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanlarının Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək tapşırığı əks olunub.