Bazar günü günü, 08 noyabr 2026
     

Əli Həsənov: Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır

Image


"Azərbaycanda bizim qürur hissi keçirdiyimiz milli ordu formalaşıb ki, bu ordu bu gün beynəlxalq aləmin qınaqlarına göz yumsa, Azərbaycanın həyata keçirdiyi sülh danışıqlarına məhəl qoymasa, öz torpaqlarını azad etməyə qalxsa, mən əminəm ki, bir həftə, on gün müddətində Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edə bilər".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının 3 illiyi münasibətilə "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanın müstəqilliyə qovuşmasından indiyə qədər 23 il vaxt keçir: "23 ildə Azərbaycan dövlətini qurmuşuq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, onun bilavasitə səyi ilə bu gün bizi dünyada, beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan dövləti quruldu. Bizim bu gün öyünə biləcəyimiz sərvətimiz Azərbaycan dövləti və onun varlığıdır. Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur, Avropa Şurasına rəhbərlik etdi. Dünyanın müxtəlif qurumlarına Azərbaycan rəhbərlik edib. Bundan sonra Azərbaycan dünya dövlətləri arasında özünün iqtisadiyyatı, neft strategiyası ilə, dünyanın enerji xəritəsində təmsil olunma qabiliyyəti və strategiyası ilə bəlli bir yer tutub. Azərbaycan iqtisadiyyatı dünyanın öndə gedən iqtisadiyyatlarından biridir".

PA rəsmisi qeyd edib ki, Azərbaycanın sosial siyasəti dünyanın nümunə göstərilən siyasətlərindən biridir: "Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq yaranıb, multikulturalist ənənələr formalaşıb, xalqlar, millətlər, etnik qruplar arasında sözün həqiqi mənasında sivil birgə yaşayış normaları bərqərar olub. Azərbaycanda əhalinin sosial qrupları arasında tam anlaşıqlı və birgə sivil yaşayışları üçün normalar yaranıb. Azərbaycanın fəhləsi də, ziyalısı da, orta təbəqəsi də - hər kəs bu dövlətin siyasətindən öz payını alır və cəmiyyətdəki bugünkü sabitlik də həmin sosial siyasətin praktikliyinin nəticəsidir".

PA rəsmisi vurğulayıb ki, bir dövlətin gənci nə etdiyini dərk edirsə və dərk edə-edə o dəyərləri qorumaq əzmini, iradəsini ortaya qoyursa və ən əsası onun qorumaq iradəsi, əzmi praktikdirsə, o zaman Azərbaycan gənci rəqabətədavamlı gənclər kimi ümummilli lider tərəfindən təməli qoyulmuş gənclər siyasətini davam etdirəcək: "Gənclər siyasətinin praktikliyini də siz bilirsiniz. Bu gün Azərbaycan əhalisinin 3 milyonu birbaşa gənclər kateqoriyasını təmsil edir. Təxminən 65 faiz əhali gənclik yaşındadır, yəni 35 yaşa qədər olan insanlardır. Deməli, dövlət bu 65 faizin təməlini sağlam qoymasaydı, onun inkişafına lazım olan siyasi, iqtisadi, mənəvi və digər resursları tapıb yönəltməsəydi və əsas odur ki, məqsədyönlü şəkildə bu siyasəti formalaşdırıb həyata keçirməsəydi, biz bu gün nəyə söykənə bilərdik? Necə gələcəyimizdən əmin ola bilərdik? Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır. Onu təmsil edən gənclik sağlam formalaşdırılıbsa, bu siyasətin təməli sağlam qoyulubsa və ən əsası o istiqamətdə dövlət düşünülmüş siyasət yeridirsə, deməli bunun gələcəyi var. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin əsasında milli maraqlar dayanmalı və hər bir hakimiyyət öz xalqına söykənməlidir. Əgər xalq bu siyasəti dəstəkləməsə, heç bir proqram müsbət nəticə verə bilməz. Azərbaycan dövlətinin uğuru odur ki, bu siyasət xalqın maraqlarına söykənir və xalq da onu dəstəkləyir ”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondu 3 il ərzində kifayət qədər səmərəli fəaliyyət göstərib və bu fəaliyyət öz praktiki nəticələrini göstərməkdədir: "Bilirsiniz ki, hər bir fəaliyyət onun praktik nəticələri ilə ölçülür. Hər bir fəaliyyət sonda ictimai mahiyyət kəsb etmirsə, dövlətin, millətin ictimai, siyasi, sosial maraqlarına xidmət etmirsə, əlbəttə, o formal olaraq kağız üzərində qalır. O yerdəki bu, artıq ictimai nəticələrini verib, deməli, bu fəaliyyət təqdir olunmalıdır. Mən düşünürəm ki, bu gün təqdim olunan layihə nümunələri, Fond rəhbərliyinin verdiyi ümumi hesabat, bu üç il ərzində 1865 layihənin dəyərləndirilməsi və onlara vəsaitin ayrılması, getdikcə müraciətlərin intensiv şəkildə artması və əhatə dairəsinin genişlənməsi, gənclərin bütün təbəqələrini əhatə etməsi, əlbəttə, görülən işin effektivliyindən, ictimai dəyərindən xəbər verir".

Ə. Həsənov Gənclər və İdman Nazirliyinin Azərbaycanda gənclər siyasətini həyata keçirən əsas qurumun olduğunu diqqətə çatdırıb: "Yardımçı qurumlardan biri də Gənclər Fondudur. Heç kim deyə bilməz ki, Gənclər Fondunun fəaliyyətində hansısa xoşagəlməz hal mövcuddur. Prezident yanında qurumların hamısında, Elm Fondunda, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da belə şəffaf fəaliyyət qurulub. 3 il az müddət olsa da, Gənclər Fondunun fəaliyyətini uğurlu hesab etmək olar".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ