Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şirməmməd Hüseynov zirvəsi
Tarix: 22.12.2014 / 07:36
Bölmə: Gündəm
Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. «Böyük alim»,»görkəmli tədqiqatçı»,»jurnalistikamızın patriarxı», «jurnalistika elmimizin korifeyi», «qeyrətli vətəndaş», «fədakar insan», «mehriban ailə başçısı» və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar.
Son günlərdə eşitdiyim «millətin mühəndisi», «müasir milli düşüncəmizin arxitektoru», «millətin müəllimi» kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır.Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında ən səmimi duyğularını belə ifadə etmişdi:
Şirməmməd - əxlaqın, haqqın öz səsi
Ləyaqət, dəyanət mücəssəməsi!
Bəli, özünün ürək dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu heyrətamiz misraları poetik düşüncənin ən mükəmməl ifadə tərzində yalnız və yalnız dahi söz ustadımız Bəxtiyar Vahabzadə deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd aparırlar. Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini özünwn həyat tərzinə çevirmiş, özünü bütövlükdə bu peşəyə həsr etmiş, öz varlığını bu peşə fəaliyyətindən kənarda təsəvvür etməyən minlərlə tələbəsi bu dühanın cəmiyətimizdəki görüntüləri, cəmiyyətin yoluna işıq saçan qığılcımlarıdır.
Ona «bənzəri olmayan natiq»də deyirlər. Həqiqətən, minlərlə insanın nəfəs dərmədən, zamanı hiss etmədən, yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir. O əsl natiqdir. İnamlı duruşu ilə, ona qulaq kəsilənlərin gözlərinə zillənən iti baxışları ilə dediyi sözləri dinləyənlərin zehninə birdəfəlik həkk etməyi bacaran bir natiq. Şirməmməd Hüseynov sadə bir natiq deyil. O bəzən söylədiyi fikirlərin arxasında gizlətdiyi ən vacib məna və mahiyyət çalarlarını dinləyicisinə səsinin ahəngi ilə, üzünün ifadəsi ilə asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib olan natiqdir. Elə bir natiq ki, söyədiyi hər bir cümlə, hər bir fikir, hər bir mülahizə təkzib olunması mümkün olmayan bir aksiomdur.
Ona «fədakar araşdırmaçı» deyirlər. Çox tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb toz basmış ədəbiyyatla çalışmaqdan, indiyədək elmi dövriyyəyə çıxmamış bilgiləri öyrənib bu bilgilər əsasında yeni bir elmi əsər ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edir. Şirməmməd Hüseynov isə adi tədqiqatçı deyil. O sadəcə əsər yazmır, o, milli düşüncəmizin keçmişində bu günümüzü və gələcəyimizi araşdırır. O, dahi Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ömər Faiq Nemanzadənin, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin bu günümüzə gəlib çatmış saralmış arxiv sənədlərinin hər sətrində bu millət fədailərinin düşüncələrini, arzu və istəklərini, sonsuz vətən eşqini aşkar edir. Bütün bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin süzgəcindən və öz ruhunun vətənpərvərliyindən keçirib bu günümüzə gətirir və bizimkiləşdirir. O özünün elmi tapıntılarını yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri ilə millətini sevən hər bir vətəndaşın həyat amalına və fəaliyyət proqramına çevirə bilir. Belə idrak, belə peşəkarlıq, millətin gələcəyi qarşısında belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənsevərlik bütün tədqiqatçılara xas olan keyfiyyət deyil.
Doğmaları onu «mehriban ata», «qayğıkeş həyat yoldaşı», «məsuliyyətli ailə başçısı» adlandırı. Lakin o sadə bir ailə başçısı deyil. O həm də həyatının hər gününü sevdiyi peşəni başqalarına sevdirməyə həsr edən,bilik və bacarığını əsirgəmədən bölüşən bir müəllimdir.Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində çalışan bütün insanların mənəvi atasıdır. Onu prinsipial, mübariz, üsyankar kimi də sevirlər. Çünki o gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir. Adətən belə insanlar haqqında deyirlər ki, onlar özləri üçün yaşamır. Şirməmməd Hüseynov da bu qəbildən olan, lakin adi bir ictimai-siyasi xadim qəlibində olmayan bir şəxsiyyətdir. İçərisində bulunduğu cəmiyyətin çatışmazlıqlarına dözməyən və qəzəblənən, eyni zamanda yeri gəldikcə sözü və əməlləri ilə başqalarını qəzəbləndirən, heç bir təzyiq qarşısında heç zaman, heç bir halda öz inamından dönməyən üsyankar birisinin evin kandarından içəridə - ailə ocağında mərhəmətli bir insana, güzəştli və sevimli bir ataya, qayğıkeş bir həyat yoldaşına çevrilməsi doğrudan da inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm və nəhayət, nəcabət dəyərlərinə əsaslanan yüksək əxlaq tələb edir. Bu mənada Şirməmməd Hüseynovun ailə məhəbbəti, doğma ocaq sədaqəti əsrlərin təcrübəsindən yoğrulmuş milli əxlaq mərtəbəsinə yüksəlir və onun etalonunu özündə əks etdirir.
Milli fikir və milli inkişaf tariximizdə, milli istiqlal mücadiləmizdə və milli əxlaq xəzinəmizdə millət başını ucaldan, milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz var. Bu zirvələrdə Nizami, Nəsimi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır. Öz həyatı, mübarizəsi, ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi daha da zənginləşdirən şöhrət zirvələrimizdən biri də Şirməmməd Hüseynov zirvəsidir. Bu elə bir möhtəşəm zirvədir ki, bugünkü və gələcək ziyalı nəsillərimiz üçün belə bir yüksəkliyi bir daha fəth etmək olumsuz görünür. Ona görə də bu zirvələrdə dayananlar ölümsüzlərdir.
Bütün bunlara baxmayaraq, Şirməmməd Hüseynov özü haqqında danışmağı xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da, tərifdən və onun şəxsiyyətinə səmimi pərəstişdən xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında onun dilindən «mən» sözünü eşitmək mümkün deyil. Onun haqqında yazılmış çoxsaylı məqalələrdə, dəyərli ziyalılarımızın çıxışlarında «istiqlal aşiqi», «qeyrət simvolu», «haqq-ədalət carçısı» adlandırılan bu böyük İnsanın ətrafında baş verən və onun şəxsiyyətinə sevgidən doğan pərəstiş həyəcanlarına reaksiyası təəccüb doğuracaq dərəcədə sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının önünə isə yeni bir epitet yaranır - Təmənnasız İnsan. Şirməmməd Hüseynova «təmənna» anlayışı yaddır. O, «təmənna» adlı hissiyyatdan çox uzaqlarda və çox yüksəklərdə dayanan bir İnsandır. Bugünkü ziyalılarımız arasında, yaşından asılı olmayaraq, elə bir insan tapmaq çətindir ki, nədə isə Şirməmməd Hüseynova oxşamaq arzusunu ürəyindən keçirməsin. Amma bir məsələdə nə bu sətirlərin müəllifi, nə də Şirməmməd Hüseynovu sevən on minlərlə insan nə qədər çalışsaq da ona oxşaya bilməyəcəyik.Bu da elə təmənna məsələsidir. Şirməmməd Hüseynovdan danışırkən, onun haqqında düşünürkən təmənnasız olmaq mümkün olmur. Təmənnamız isə ondan ibarətdir ki, ana təbiət Şirməmməd Hüseynova uzun ömür, möhkəm can sağlığı bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi və ən müqəddəs arzularına qovuşmağı nəsib etsin.
Millətin şərəfini uca tutmağı özünün şərəf işi hesab edən, «Şərəf»li millət müəllimimiz Şirməmməd Hüseynova 90 illik yubileyi münasibətilə ən səmimi arzularımla.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru,
millət vəkili
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ