Rusiya prezidenti Vladimir Putin dünən gecə Kremldə 40 oliqarxla yeməkdə görüşüb xaricdəki pullarını Rusiyaya gətirmələrini istədi. Görüşdə iki gün əvvələ qədər ev həbsində olan bir oligarx da vardı: Vladimir Yevtuşenkov...
Baki-xeber.com xəbər verir ki, sahibi olduğu "Başneft” neft şirkətini qeyri-qanuni yollarla ələ keçirməkdə günahlandırılan Yevtuşenkov iki ay əvvəl ev dustaqlığına məhkum edilmişdi, bu qısa müddətdə milyardlarla dollar itirmiş və "Başneft” əlindən alınaraq dövlətləşdirilmişdi...
Yevtuşenkov Putinin mətbuat konfransından bir gün əvvəl haqqındakı ev həbsi qərarı ləğv edilərək sərbəst qaldıqdan sonra dünən Putinin xüsusi dəvətilə Kremldə görüşdə iştirak edib...
Yevtuşenkov cəbhəsində diqqət çəkən digər bir məqam, şirkəti AFK Sistemanın son iki aydır yerlərdə sürünən hissə dəyərlərinin birdən birə yüksəlməsidir...