İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz məhkəmədə yekun qərar dekabrın 29-da veriləcək. APA-nın "news.am” saytına istinadən yaydığı xəbərə görə, bu barədə separatçı rejimin "birinci instansiya məhkəməsi”ndən bildiriblər.
Qeyd edək ki, dekabrın 19-da keçirilən prosesdə çıxış edən "prokuror” Karen Qabrielyan D. Əsgərova ömürlük həbs cəzası tələb edib, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.