Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə” prosesində prokuror çıxış edib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, "prokuror” Karen Qabrielyan D. Əsgərova ömürlük həbs cəzası tələb edib, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.