Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir: "Qeyd olunan statusun verilməsində terror qurbanlarına şəhid statusu verilməsi təklif olunsa da, komitə məsələdən irəli gələrək daha münasib variant seçib. Bu, terror qurbanlarına tamamilə ayrı, xüsusi bir statusun verilməsidir. Çünki şəhidlər bilərəkdən döyüşlərdə şücaət göstərən, yaxud daha çox müharibə şəraitində olur. Amma terror müharibə olmayan yerlərdə, yaxud insan özü bilmədən də ona rast gələ bilər”.