"Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır”. APA-nın məlumatına görə, bunu Azərbaycan alimlərinin I Qurultayında məşhur alim Lütfü Zadə video-müraciətində söyləyib.
L. Zadə bildirib ki, ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib: "Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, "Eurovision” və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır”.