ABŞ səfirliyi Robert F. Sekutanın Azərbaycanda səfir vəzifəsinə təsdiqlənməsi barədə məlumat yayıb.
Məlumatda bildirilir: "Məmnunluqla bildiririk ki, dekabrın 16-da ABŞ Senatı Robert F. Sekutanın ABŞ-ın Azərbaycandakı növbəti səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Biz cənab Sekutanın Azərbaycana gəlişini və onu Azərbaycan hökuməti və xalqı ilə birgə Azərbaycanda alqışlamağımızı səbirsizliklə gözləyirik.
Səfir təyinatı almış Sekutanın Azərbaycana gəlmə tarixi müəyyən deyil, tarix bəlli olanda məlumatı paylaşacayıq”.