Bazar günü günü, 08 noyabr 2026
     

Mənəvi zənginlik və ləyaqət timsalı

Image


Zaman hiss olunmadan ötüb keçir, amma onun rəngləri hadisələrə və insan talelərinə hoparaq qalır. Tanınmış jurnalist həmkarım, professor Qulu Məhərrəmlinin ötən il çapdan çıxmış "Zamanın rəngləri" kitabını oxuyandan sonra bu qənaətin doğruluğuna heç bir şübhəm qalmadı. Kitabda toplanmış publisistik yazılar son 15-20 ilin dramatik hadisələrini, xüsusən Qarabağ problemi və Cənubi Qafqazda gedən geosiyasi savaşı əks etdirir.
Biz burada təsvir olunan bir çox hadisələrin şahidi, bir çoxunun isə iştirakçısıyıq. Ona görə də kitabı aram-aram vərəqlədikcə, xəyal adamı gərgin hadisələrin cərəyan etdiyi həmin illərə qaytarır və mən neçə il əvvəl həmkarım haqqında yazdıqlarımı xatırlayıram...
"Жurnalistika fəaliyyətində mənimlə Qulu müəllimin yolu əvvəllər nadir hallarda kəsişirdi. Mən Rusiya və xarici ölkələrin kütləvi informasiya vasitələrində, o isə Azərbaycan televiziyasında çalışırdı. Biz yalnız 90-cı illərin əvvəllərində prezident Heydər Əliyevi müşayiət edən jurnalist briqadasının tərkibində xarici ölkələrə səfərlər zamanı tanış olub dostlaşmışıq.
Məhz həmin vaxtlar bu zahirən qaradinməz, hətta bir qədər utancaq, lakin içi dolu və təvazökar görünən insanda şəxsən özümün bəyəndiyim keyfiyyətləri kəşf etdim. Məlum oldu ki, zövqümüzdə, bu və ya digər məsələyə münasibətimizdə ümumi cəhətlər az deyil. Bizi, istər ortodoksal - müti sadiqlik, istərsə də qatı müxalifət mövqeyi və bu mövqeləri bayağılıqla təbliğ edən mətbuatı qəbul etməməyimiz yaxınlaşdırırdı. Bir sözlə, Qulu Məhərrəmlinin simasında ən müxtəlif məsələləri asanlıqla və könül xoşluğuyla müzakirə edə biləcəyim məsləkdaşıma rast gəlmişdim. Bu və ya digər mövzuya müxtəlif cəhətlərdən yanaşmamıza baxmayaraq, bizi əsas amil - dünyanı eyni cür dərk etməyimiz yaxınlaşdırırdı.
O bizim jurnalistika mühiti üçün çox vacib olan daxili zənginlik, peşəkarlıq və yüksək ləyaqətlilik kimi keyfiyyətləri özündə birləşdirir. Hətta sırf rəsmi, hökumət tədbirlərindən olsa da, Qulunun apardığı veriliş və reportajları xatırlayanda, ilk növbədə, onun yüksək peşəkarlığını, danışığındakı təmkin və ölçü hissini qeyd etmək istəyirəm. Sirr deyil ki, bu ölçü hissi bizim rəsmi KİV nümayəndələrində tez-tez itir. Q.Məhərrəmliyə isə bu hiss heç vaxt xəyanət etmir. Mən hələ onun yüksək peşəkar səviyyəsi, öz müəllif proqramlarını apardığı gözəl, qibtə ediləsi ədəbi, obrazlı dilini demirəm. Məhz bu keyfiyyətlərinə və parlaq publisistikasına görə mən onun apardığı "7 gün" və "Təfsilat" verilişlərini çağdaş telejurnalistikamız üçün əsl hadisə hesab edirəm.
Qulu uzun müddət Azərbaycan Televiziyasında "Səhər" proqramına rəhbərlik edib və ən tələbkar tamaşçıların da etiraf etdiyi kimi, bu proqram AzTV-də ən maraqlı, cəlbedici verilişlərdən biri olub. Bu proqrama Qulunun özünün şəxsiyyətini səciyyələndirən xüsusiyyət - əsl ziyalılıq xas idi. Şadam ki, dəfələrlə bu proqramın qonağı olmuşam və "Səhər" redaksiyasının mehriban kollektivi istər Rusiya qəzetlərində uğurlu məqaləm, istərsə də növbəti kitabımla bağlı nailiyyətimi mənimlə birlikdə qeyd edib.
Qulu gözəl müəllim, alimdir, bir xeyli sanballı kitab yazmış parlaq jurnalistika və televiziya nəzəriyyəçisidir. Amma mənimçün o, həmişəlik, ilk növbədə jurnalist olaraq qalacaq. Elə bir jurnalist ki, onunla həyatımızın ən gözəl çağlarında ümumi tariximizin - Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixinin xeyli həyəcanlı, bəzən dramatik (və hətta faciəli), bəzənsə sevincli, fərəhli günlərini yaşamışıq. Bu tarixin salnaməsinin yaradılmasına layiqli töhfə verənlərdən biri də məhz Q.Məhərrəmlidir".
***
İlahi, vaxt necə tez keçir! Sanki bu qeydləri mən dünən - Qulunun 50 yaşı olanda yazmışdım. Ancaq indi o, 60 yaşa gəlib çatıb. Amma elə bil ki, zaman bu insana heç təsir etməyib: sadəcə, ağarmaqda olan saçları bir az seyrəlib. Ancaq onun üzündən əskik olmayan gülüşü, çöhrəsinə işıq verən təbəssümü, həmişəki kimi mehriban gözləri əvvəlkitək canlı və parlaqdır.
Ötən 10 il ərzində Qulunun həyatında şirinli-acılı çox hadisələr baş verib. O, jurnalistika sahəsində ilk elmlər doktoru və professor adını qazanıb, respublikanın Əməkdar jurnalisti adına layiq görülüb, bir neçə sanballı kitabı, monoqrafiya, dərslik və lüğətləri çapdan çıxıb. 2005-2008-ci illərdə Mətbuat Şurasının sədr müavini olub, AzTV-ni tərk edərək Xəzər TV-də çalışmağa başlayıb. Bu televiziyada "Dost məclisi" və "Gündəm" adlı yeni müəllif proqramları ilə Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşıb.
Ötən onilliyin əsas optimist nəticəsi ondan ibarətdir ki, Qulunun yüksək peşəkarlığı, az da olsa, geriləməyib. O, əvvəlki kimi çoxşaxəli yaradıcılıq fəaliyyətini davam etdirir, müxtəlif sahələrdə özünü sınayır: telejurnalistikada, ssenari yaradıcılığında, sənədli filmlərin çəkilməsində... Bundan başqa qəzetlərdə publisistik məqalələrlə çıxış edir, dərs deyir, elmi məqalələr yazır, izahlı lüğətlər tərtib edir, treninqlər aparır və s. Bəzən onun çoxşaxəli fəaliyyəti və tükənməz enerjisi insanı mat qoyur. Əsas odur ki, bu parlaq və həyatsevər adamın həyata keçirdiyi layihələr, ortaya çıxardığı əsərlər yüksək peşəkarlıq keyfiyyətinə və elmi səciyyəsinə görə fərqlənir. Qulu həmişə bildiyi məsələlər haqqında danışır və yazır.
Milli jurnalistikamızın korifeylərindən biri kimi, professor Qulu Məhərrəmli parlaq fəaliyyətində gənc nəslin təlim və tərbiyəsini ön planda saxlayır. Nə gizlədək, məşhur jurnalistlər pedaqoji və xüsusən də elmi fəaliyyətdən qaçırlar. Əvvəla, maaş az verilir, ikincisi, tələbələrlə çox məşğul olmaq lazımdır, mühazirələr, dərs vəsaitlərinin yazılması çox vaxt tələb edir, həmin vaxtı onlar özlərinə sərf etməyə üstünlük verirlər. Axı illər keçdikcə yaradıcı insanların vaxtı azalır, planları isə çoxalır.
Qulu müəllim, Balzakın Qobseki kimi, öz vaxtının üzərində əsmir, öz bilik və təcrübəsini səxavətlə tələbələrlə bölüşür. O, tələbələrin və praktik jurnalistikanın ehtiyaclarını xüsusi həssaslıqla duyur. Qərb jurnalistika elminə dərindən bələd olduğu üçün əsərlərində nəzəri ümumiləşdirmələrə geniş yer verir. Onun müəllifi olduğu çoxsaylı kitablar arasında həm tarixi-nəzəri araşdırmalar, həm monoqrafik əsərlər, həm dərsliklər və metodik vəsaitlər, həm də izahlı lüğətlər əsas yer tutur. Жurnalistika və dilçilik elmimizin ciddi nailiyyətləri sayılan bu əsərlərdəki elmi və praktik kəşflərin dəyəri müəllifin qazandığı praktika ilə zənginləşdirilməsindədir. Təkcə onun yeni kriteriyalara uyğun yazdığı "Жurnalistikanın əsasları" dərsliyini vərəqləmək kifayətdir ki, Qulunun ictimai düşüncəmizə və mediamıza gətirdiyi nəzəri fikirləri, praktikanın tələb etdiyi davranışların zəruriliyini anlayaq. Qulu bir səviyyədir, peşəkarlıq etalonudur. Yeri gəlmişkən, ali məktəblərin jurnalistika fakültələrdə onun kimi elmlər doktoru olan və eyni zamanda praktik jurnalistikada avtoritet sayılan bir müəllimə rast gəlmək nadir hadisədir.
Prof. Q.Məhərrəmli, peşəkar keyfiyyətlərinə görə praktik jurnalistikada "ustad", "metr" adı qazanıb. Amma əldə etdiyi bütün nailiyyətlərə və məşhurluğuna baxmayaraq, Quluya əlçatmaz adam demək olmaz. Mən onun kimi sadə, əlçatan, səmimi və xoşniyyətli, xoşqılıq və ünsiyyətcil insan təsəvvür etmirəm. Mənim üçün vacib olan Qulunun hər şeyə ağılla, bir az da tərəddüdlə yanaşmasıdır. Onun üçün nə həyatda, nə də jurnalistikada tam ağ, yaxud başdan-başa qara rəng yoxdur. O öz həyat əqidəsi haqqında çox səmimi etiraf etmişdir: "Mənim prinsipim heç də həmişə normal başa düşülməyən orta mövqedən çıxış etmək olub. Hesab edirəm ki, bu, həqiqəti dərk etmək və ona yaxınlaşmaq yoludur. Cəmiyyətin də, dünyanın da taleyi məhz bu orta yoldan keçir". Ona görə də filmləri, reportajları və publisistik materiallarında həyat birmənalı deyil, öz rəngləri ilə görünür. O heç vaxt tamaşaçılara, yaxud dinləyicilərə öz nüfuzu ilə təsir etmir, heç kimə böhtan atmır. O, balanslaşdırılmış və yoxlanılmış məlumatı paylaşmağı üstün tutur, amma nəticələri və mühakimələri oxucunun öz ixtiyarına buraxır.
***
Mənə onun müəllif verilişlərində dəfələrlə qonaq, yaxud ekspert kimi iştirak etmək nəsib olub. Hər dəfə onun verilişlərində ünsiyyətin ziyalı tərzindən, bir aparıcı kimi yaratdığı sakit, rahat və eyni zamanda güvənli mühitdən zövq almışam. Onun çox parlaq və obrazlı danışığı, tamaşaçını cəlb edən incə üslubu var. Bu gün ekranda görünən əksər teleaparıcılara, hətta məşhurlara belə nitq mədəniyyəti baxımından iradlar tutmaq olar: bir qisminin qarışıq diksiyası var, bəziləri mürəkkəb və dolaşıq ifadələr işlədir, üçüncülər isə məhdud zaman kəsiyində daha çox məlumat vermək üçün o qədər tələsirlər ki, onları başa düşmək çətin olur. Bütün bunlarla müqayisədə Qulu Məhərrəmli əsl natiqdir. Əvvəllər onu AzTV-də analitik proqram apararkən dinlədikdə, elə bilirdim ki, aktyorluq fakültəsini bitirib. Çünki nitqini çox məharətlə qurur, natiqlik mədəniyyətinin bütün qanunlarını gözləyir, tempi düzgün seçir, fasilələr edir, məntiqi vurğunu dəqiq və yerində işlədirdi. Bu baxımdan deyə bilərəm ki, Qulu Məhərrəmli, sözün həqiqi mənasında, nitq mədəniyyəti məktəbidir, gənc həmkarlarının onun yüksək səviyyəli dərslərinə ehtiyacı var. Əslində, o bu sahədə dayanmadan çalışır. Onun "Radiodramaturgiya dili" (1990), "Audiovizual nitq" (2000), "Televiziya nitqi və ədəbi tələffüz" (1999), "Mediada debatlar" (2009), "Radio verilişlərinin dili və üslubu" (2011) kimi kitabları məhz bu ehtiyacları ödəmək üçün yazılmışdır.
Yazıda və danışıqda Azərbaycan dilinin qaydalarına əməl etmək, efirdə ədəbi tələffüz normalarını gözləmək, düzgün üslub seçməyi öyrənmək baxımından Q.Məhərrəmlinin "Ekran və ədəbi dil" (2001) kitabının misli yoxdur. Çox az adam bilir ki, Tehranın "Zindegi" nəşriyyatında çap olunmuş bu kitabı Qulu müəllim, xüsusi olaraq, cənubi azərbaycanlı soydaşlarımız üçün yazıb. Çünki hazırda Tehran, Təbriz, Ərdəbil və başqa şəhərlərdəki yerli radio-televiziya ilə Azərbaycan dilində yayımlanan verilişlərdə dilimizin leksik-qrammatik qaydaları fars dilinin təsiri altına salınır, təhrif edilir. Məhz bu prosesə müqavimət göstərmək və Cənubda da dilimizin düzgün işlədilməsi üçün, əsl ziyalıya xas olan addım ataraq, soydaşlarımıza kömək üçün belə bir praktik vəsait hazırlayıb çap etdirir. Yəni Qulu müəllim qaranlığı söyənlərdən yox, şam yandıranlardandır.
***
Qulu Məhərrəmli hər şeyə öz zəhməti ilə nail olub, onun nə nüfuzlu qohumları, nə də başqa əlaqə və vasitələri olmayıb. O, şöhrətinin zirvəsinə halallıqla çatıb, yalnız istedadı və zəhməti sayəsində böyük arenaya çıxıb. Bunun üçün öz üzərində daim işləyib, gecə-gündüz çalışıb, yazı stolu arxasında və televiziyanın montaj otağında yuxusuz gecələr keçirib. Şübhəsiz ki, bu zəhməti, yaradıcı istedadı, mənəvi zənginliyi və yüksək ləyaqət hissi onu milli jurnalistikamızın ən tanınmış simalarından birinə çevirib.
Təəssüf ki, bu gün o, televiziyada əvvəlki kimi çox görünmür. Amma bizim onun mehriban təbəssümünə, gülərüz çöhrəsinə, intellektual və ziyalı danışıq tərzinə, tələsmədən, düşüncəli və dərin təhlillərinə ehtiyacımız var. İnanıram ki, onun yenidən yeni proqramların aparıcısı, yaxud müəllifi kimi televiziya tamaşaçılarının qarşısına çıxacağı gün uzaqda deyil. Həmin günü səbrsizliklə gözləyəcəyik, hələlik isə Qulu müəllimə yeni yaradıcılıq uğurları və müstəqil Azərbaycan jurnalistikasının tərəqqisi naminə tükənməz enerji arzulayıram.

Elmira AXUNDOVA
Millət vəkili, Respublika Dövlət mükafatı laureatı, Əməkdar jurnalist





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ