Bu gün sosial şəbəkələr üzərindən bir sıra spam və virusların fəallaşması müşahidə edilib. "APA-Economics”in məlumatına görə, viruslar əsasən Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir.
Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, öz internet provayderlərinə müraciət etməyə çağırır və bu kimi mesajları açmamaq və dərhal silməyi tövsiyə edir.