Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci yaşayış binasında mənzillərin hansı meyarlar əsasında veriləcəyi hələ bilinmir. Dekabrın 16-da "Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.
Vüqar Səfərli qeyd edib ki, binanın tikintisi ilə bağlı hər hansı problem yoxdur: "Bina tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə bağlı bütün şərtlər açıqlanacaq. Hazırda binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam etdirilir. Artıq binanın 12-ci mərtəbəsində işlər gedir”
3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.
Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.