Avstraliyanın Sidney şəhərindəki kafenin müştərilərilə işçiləri ən azı bir silahlı tərəfindən girov götürülüb. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən "Lindt” kafesi polis tərəfindən mühasirəyə alınıb.
Son məlumata görə kafeni 5 adam tərk edə bilib. Lakin girov götürülmüşlərin ümumi sayı məlum deyil.
Polis silahlı ilə təmasa girdiyini bildirib. Lakin açıqlama ilə çıxış edən polis nümayəndəsi "davam edən" danışıqların təfərrüatlarına varmayıb.
Baş nazir Tony Abbott hücumun siyasi motivli ola biləcəyini istisna etməyib. Kafenin pəncərəsində üstündə ərəbcə yazılar olan qara bayraq asılıb.
Avstraliya televiziyası kafedən 3 nəfərin qaçdığını nümayiş etdirib. "Daily Mail Australia" nəşrinin müxbirinə əsasən bu adamlardan biri kafenin işçisi daha iki nəfər isə ziyarətçisi olub.
"Lindt” kafesinin nümayəndəsi insidentin baş verdiyi vaxtı binada 10 işçisinin və 30 müştərinin olduğunu bildirib.