Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının dekabrın 14-də Bakıda, Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda kceçirilmiş mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.