Bazar günü günü, 08 noyabr 2026
     

Aydın Quliyev: “Heydər Əliyev siyasətdə və idarəçilikdə məğlubiyyət tanımayan dövlət və siyasi xadim idi”

Image


Ulu öndər Heydər Əliyev daim dövlətin, xalqın, millətin taleyini düşünürdü. Ümummilli lider hər bir sahəni, eləcə də KİV-in fəaliyyətini daim diqqətdə saxlayırdı. Onun KİV-in fəaliyyəti ilə bağlı qəbul etdiyi fərman və sərəncamlar mətbuatın inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan mediası bu gün inkişaf dövrünü yaşayır. Bu gün media rəhbərləri ulu öndərin media sahəsində atdığı addımları yüksək qiymətləndirir və onu rəhmətlə anırlar. 


"Azərbaycan yaşadıqca Heydər Əliyev həmişə bizimlə olacaq”

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə e-Vuqar Rehimzadejurnalımıza açıqlamasında bildirdi ki, ulu öndər müstəqil Azərbaycan dövlətinin banisi, qurucusudur: "Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev ideyalarına söykənərək ölkəmizin daha da inkişaf etməsinin şahidi olur. Bu gün dünyanın hansı ölkəsində ulu öndər Heydər Əliyevin adı çəkilirsə, gözümün önündə Azərbaycan canlanır, eləcə də Azərbaycanın adı harada çəkilirsə, gözümüzün önündə ulu öndər canlanır. Bu iki vəhdət əbədidir. Azərbaycan dövlətinin hər bir vətəndaşı birmənalı şəkildə ulu öndərimizə borcludur. Biz ulu öndərimzin ideyalarını daim inkişaf etdirməliyik”.

Vüqar Rəhimzadənin fikrincə, ulu öndərin qoyduğu təməl prinsiplərinin reallaşması üçün azərbaycanlılar var gücü ilə çalışmalıdır: "Bu gün o ideyaları uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə, ümumiyyətlə, bütün sahələrdə görülən işlərə vətəndaş mövqeyi nümayiş etdirib yardımçı olmalıyıq. Heydər Əliyevin bizim üçün doğum tarixi var. Onun ölüm tarixi yoxdur. Heydər Əliyev bizim üçün əbədidir, hər zaman var və Azərbaycan yaşadıqca o həmişə bizimlə olacaq”.


"Ulu öndər mətbuata xüsusi diqqət göstərirdi”

"Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bizimlə söhbətində Namiq Eliyevqeyd etdi ki, cəmiyyətin ictimai-siyasi həyatında istedadlı şəxslər bütün tarix boyu öz sahələrində məktəb yaradıblar: "Məsələn, Azərbaycanda XII əsrdə ədəbiyyat sahəsində dahi Nizami Gəncəvi məktəbini, bir qədər sonrakı dövrdə Məhəmməd Füzuli məktəbini, memarlıq sahəsində Əcəmi Naxçıvani, astronomiya sahəsində Nəsrəddin Tusi məktəbini və s. göstərə bilərik. Siyasət sahəsində isə Azərbaycanın müasir dövlətçilik tarixində öz məktəbini yarda bilən yeganə şəxs, mən deyərdim ki, Heydər Əliyevdir. Fikrimi təsdiqləmək üçün Almaniyanın Azərbaycandakı keçmiş səfiri Klaus Qrevlixin Heydər Əliyevin siyasi-diplomatik qabiliyyəti haqqında dediyi sözləri xatırlatmaq istəyirəm. O, Amerikada beynəlxalq təhlükəsizliklə bağlı konfranslardan birində deyib: "Mən balanslaşdırılmış siyasətin necə aparılması yollarını Heydər Əliyevdən öyrənmişəm”.

Namiq Əliyev sözlərinə davam edərək Heydər Əliyevin təkcə siyasətçi yox, bir şəxsiyyət kimi də fenomenal xüsusiyyətlərə malik insan olduğunu diqqətə çatdırdı: "Mən onunla ilk görüşümü xatırlayıram. Moskvadan Naxçıvana təzə qayıtmışdı. Mənimlə bərabər, görüşdə bir neçə nəfər də iştirak edirdi. O, hadisələri elə dəqiqliklə- günü, ayı ili ilə deyirdi ki, bu qabiliyyətinə heyran qalmamaq olmurdu. Etiraf edim ki, uzun müddət bu görüşün təsirindən çıxa bilməmişdim”.

"Palitra” qəzetinin baş redaktorunun sözlərinə görə, Heydər Əliyev qarşısına qoyduğu məqsədləri qətiyyətlə həyata keçirməyi bacaran siyasətçi idi.

Namiq Əliyev ulu öndərin mətbuata xüsusi diqqət göstərdiyini də bildirdi: "Dəfələrlə olurdu ki, özü şəxsən köşklərə yaxınlaşıb qəzetlərlə maraqlanırdı. Mətbuatda gedən vacib yazıları, televiziya verilişlərini diqqətlə izləyirdi və onlara müvafiq reaksiya verirdi. Eyni zamanda jurnalistlərlə rəsmi və qeyri-rəsmi görüşləri olurdu. Bütün bunlar da ulu öndərin mediaya olan diqqətinin bariz göstəricisi idi”.


«Heydər Əliyev təkcə söz və çıxışlarla, irad, tənqid və təriflərlə yox, mimika, hərəkət və maneralarla ətrafdakılara mətləb anlatmağı əla bacarırdı»

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, ümummilli lider Heydər Əliyevin barəsində təəssüratları şəxsi ünsiyyətlərdən və fəaliyyətinə olan çoxillik maraqlarından formalaşıb: "Heydər Əliyev siyasətdə və idarəçilikdə məğlubiyyət tanımayan dövlət və siyasi xadim idi. Şəxsi ünsiyyətlərdə səmimi, siyasi fəaliyyətdə və idarəçilikdə müqayisə olunmaz dərəcədə tələbkar idi. Böyük siyasətin və xalqın mənafelərinin tələb etdiyi yerdə və anda olmağı bacarırdı. Siyasi proseslərə və beynəlxalq münasibətlərə qlobal və çoxqütblü yanaşırdı, dərin və hərtərəfli düşünə bilirdi, qətiyyətli və son dərəcə cəsur idi. Siyasətin gücü ilə proseslərə təsir göstərməkdə əvəzolunmaz idi”.

Aydın Quliyevin sözlərinə görə, Heydər Əliyev siyasətdə çox nadir hallarda risk edərdi: "Bütün addımları və planları dəqiq hesablamalara, məntiqi təhlillərə söykənirdi. Tək-tük hallarda risk etmək lazım olanda isə riskin mümkün nəticələrini pozitiv və neqativ kontekstdə sonadək dəqiq götür-qoy etmədən hərəkət etməzdi. Siyasi taktikaları çoxistiqamətli, məqsədyönlü, həssas idi. Onun üçün siyasətdə gərəksiz fiqur, lazımsız təzahürlər anlayışı yox idi, zamanında və anında görülməyən, nəzərdən yayınan fiqurlar və təzahürlər anlayışı var idi ki, o, bütün fəaliyyəti, karyerası ərzində buna bircə dəfə də olsa yol vermədi.

Bütün hədəf və məqsədləri dəqiqliklə sıraya düzür, nəyi nə zaman etmək gərək olduğunu əvvəlcədən müəyyənləşdirə bilirdi. Siyasətdə xəyanəti bağışlamazdı, vicdanlı yanılmalara yol verənlərin isə günahından keçərdi. Ancaq bunu eyni insanlara münasibətdə təkrar-təkrar etməzdi. Bu, insanları öz vicdanlı yanılmalarından dərs götürmələri üçün onun tətbiq etdiyi ideal tərbiyə üsulu idi.

Həqiqətən bir məktəb idi, tərəfdarları da, əleyhdarları da ondan nəyisə öyrənməyə çalışırdılar, tək tərəfdarlarını yox, əleyhdarlarını da öyrətməyi, dərs verməyi bacaran şəxsiyyət idi. Heydər Əliyev təkcə söz və çıxışlarla, irad, tənqid və təriflərlə yox, mimika, hərəkət və maneralarla ətrafdakılara mətləb anlatmağı əla bacarırdı. Bu mənada o, susması ilə də danışmağı bacaran siyasətçilərdən idi”.

"Bakı-Xəbər” qəzetinin baş redaktorunun fikrincə, ulu öndər hər hansı bir auditoriya ilə ünsiyyətdə olmadan öncə onun maraqlarını, nə istədiyini dəqiq öyrənməyə çalışar və buna nail olardı: "Məhz buna görədir ki, Heydər Əliyev ünsiyyətdə olduğu hər növ publika qarşısında hamıdan hazırlıqlı görünər, insanların fikirlərini dəyişər, hamını arxasınca aparardı. Tək-tək adamlarla işləyib onları yönəltməkdə nə qədər mahir idisə kütlə və publika ilə işləməkdə ondan da mahir idi. 1988-1992-ci illərdə milyonların qatıldığı axını dayandırmaq, sonra isə öz arxasınca aparmaq Heydər Əliyevin müstəsna liderlik və taktikalılıq bacarıqlarının ən unikal nümunəsi sayıla bilər”.

A.Quliyev bildirdi ki, güclü xarizması ilə özünəqədərki bütün Azərbaycan liderlərini üstələyən Heydər Əliyev bu cəhətdən dünya çaplı siyasətçilərin arasında barmaqla sayıla biləcək şəxsiyyətlərlə müqayisə oluna bilər: "Çoxlarından fərqli olaraq xarizmasını şəxsən özü yaratmışdı, fəaliyyəti ilə, zəkası ilə, zəhməti ilə, istedadı ilə yaratmışdı. Heydər Əliyev əla bilirdi ki, bütün cəmiyyətdə olduğu kimi, onun öz çevrəsindəkilərin də heç də hamısı dürüst və ədalətli deyil. Ancaq hamıya naqislikdən dürüstlüyə keçid üçün bərabər şans tanıyar, hamıya göz qoyardı. Kimin bu şansdan necə bəhrələnməsi isə həmin kəslərin öz problemi idi. Bu, Heydər Əliyevi ədalətli insan kimi tanıdan ən böyük keyfiyyətlərindən biri idi”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ