15/12/2019 16:25
728 x 90

İraqda baş nazirin istefası da qanlı etirazları dayandırmadı, ölənlərin sayı 400-ü keçdi

img

Bir müddətdir etiraz aksiyalarının bürüdüyü İraqda baş nazir vəzifədən istefa verib və parlament də onun istefasını qəbul edib.

Baki-xeber.com xəbər verir ki, ABŞ-ın İraqı işğalından sonra 5-ci baş nazir kimi 2018-ci ildə bu posta gətirilən Adil Əbdül Mehdi həftərlərlə davam edən etirazlardan sonra cümə günü bildirib ki, o, ölkə parlamentinə istefasını təqdim edəcək. Bu gün isə parlament Adil Əbdül Mehdinin istefasını qəbul edib.

Onun bu açıqlamasına baxmayaraq, ölkədə etirazçılar davam edir. Baş nazirin istefası qərarı Bağdadın Təhrir Meydanında şənliklərlə qeyd olunsa da, etirazçılar meydanda etirazlarını davam etdirəcklərini bildirib.

İraqın yarı-rəsmi İnsan Haqları Komissiyası şənbə günü yaydığı bəyanatda bildirib ki, etirazçıların öldürülməsinə görə cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdırlar.

“Odlu silahlar və canlı güllələrdən son çarə kimi istifadə olunmalıdır” – deyə, Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanatında bildirib.

Hökumət əleyhinə etirazlar oktyabrın 1-də başlayandan bəri azı 400 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Son xəbərlər