16/12/2019 01:44
728 x 90

Türkiyə Ordusunun uğurlarından azğınlaşan PKK/YPG terrorçuları yenə dinc əhalini hədəf aldı

img

Canilikdə İŞİD-dən geri qalmayan PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Baki-xeber.com-un xəbərinə görə, Rəsulaynın qərbindəki Tel-Xələf kəndində partlatdıqları nəqliyyat vasitəsi ilə 17 nəfəri öldürüb, 20-dən çox insanı yaralayan uşaq qatilləri bu gün də Aazaz şəhərində sivillərə qarşı terror aktı törədiblər.

YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumlarını davam etdirir. Tel Rifat-da məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Aazaz şəhər mərkəzinə 6 raket atıb. İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb.

Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq hücumlarına qarşılıq verib.

“Zeytun Budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalını davam etdirir. Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.

 

Son xəbərlər