12/11/2019 15:26
728 x 90

Rusiya S-400-ləri Ankarada... ABŞ Senatında Türkiyəyə sanksiya çağırışları başladı

img

ABŞ Senatı prezident Donald Trampa Türkiyəyə sanksiya tətbiq etmək və F-35 proqramından çıxarmağa çağırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, cümhuriyyətçi senator Cim Risch və demokrat senator Bob Menendezin imzası ilə yayılan açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-ləri qəbul edərək, Türkiyənin təhlükəsizliyi, iqtisadi rifahı və NATO ittifaqının bütövlüyü deyil, Putinlə təhlükəli əməkdaşlığı seçdiyi deyilir.

Senatın Silahlı Xidmətlər və Xarici Əlaqələr Komitəsinin liderləri və 4 senator bununla bağlı ortaq açıqlama verib.

“Konqres güclü şəkildə bunu açıq ortaya qoydu. Prezident Ərdoğanın yanlış şəkildə S-400 almasının nəticəsi olmalıdır. Bu alış Putinin Rusiyası ilə strateji əməkdaşlığı nəzərdə tutan narahatedici işarələr verir. Həmçinin, F-35 proqramını təhdid edir. Bunun nəticəsində prezident Donald Trampı CAATSA çərçivəsində sanksiyaları tələb olunan formada tam şəkildə tətbiq etməyə çağırırıq. Müdafiə Nazirliyində (Pentaqon) də Türkiyənin F-35 proqramında üzvlüyünə son vermək üçün işlərə başlanmasına çağırırıq” - açıqlamada deyilir.

Demokratlar Partiyasının Merilənd ştatından olan senator Kris Van Hollen isə tvitterdə yazıb ki, S-400-lərin işə düşməsi üçün atılacaq bütün addımlara ABŞ qanunları çərçivəsində dərhal sanksiyalarla cavab veriləcək.

Son xəbərlər