12/11/2019 14:43
728 x 90

Britaniya-İran gərginliyi artır... İngiltərə saxladığı İran gəmisinin personalını həbs etdi, Hörmüz bağazına isə hərbi gəmi göndərir

img

Böyük Britaniyanın İranla gərginlik yaşadığı Hörmüz bağazına yeni bir hərbi gəmi göndərəcəyi iddia edilir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “Sky News” bağazda olan “HMS Montrose” döyüş gəmisinə dəstək olmaq üçün “HMS Duncan” adlı gəmi bölgəyə göndərilir.

Qeyd edilir ki, hazırda Qara dənizdə təlimlərdə iştirak edən sözügedən gəmi buradan Hörmüz bağazına gedəcək. İngiltərənin hazırda bölgədə bir döyüş, dörd mina təmizləmə gəmisinin olduğu bildirilir.

Qeyd edək ki, Cəbəllütariq rəsmiləri bir neçə gün əvvəl İrana məxsus bir supertankerin Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğunu deyərək saxlayıb. Tanker ABŞ-la İran arasında Trampın 2015-ci ildə imzalanan nüvə razılığından geri çəkilməsindən sonra gərginliyin artdığı bir vaxt ələ keçirilib.

İki gün əvvəl isə “HMS Montrose” döyüş gəmisinin Hörmüz boğazından keçən Britaniyanın yanacaq daşıyan tankerini dayandırmağa çalışan İran gəmilərinin qarşısını aldığı iddia edilmişdi. Ancaq İran Britaniya tankerini dayandırmağa çalışdığına dair iddiaları təkzib edir. SEHAH isə hadisənin baş vardiyi vaxtlarda hər hansı əcnəbi gəmi ilə qarşılaşmadıqlarıbnı bildirib.

Bu arada, Cəbəllütariq polisi saxladığı İrana məxsus “Grace-1” gəmisinin, kapitanında aralarında olduğu 4 nəfər barəsində həbs qərarı çıxarıb. Saxlananların hamısının hindistanlı olduğu bildirilir.

Gəmi personalının çoxunu hindistanlılar təşkil edir, onların arasında pakistanlı və ukraynalılar da var. 

Son xəbərlər