İrəvan məhkəməsi Sarkisyanın qudası haqqında həbs qərarı çıxardı

İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qudası Ara Minasyanı qiyabi həbs edib. Baki-xeber.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Qeyd edilir, Minasyan iqtisadi cinayətlərdə ittiham olunur.
Ara Minasyan 2018-ci il iyulunun sonunadək İrəvan şəhərindəki Müqəddəs Maarifləndirici Qriqori Tibb Mərkəzinə rəhbərlik edib.
"İyulun 12-i istintaq orqanı Minasyanın həbsinə dair məhkəməyə müraciət edib. Müraciət təmin edilib. Minasyanın istintaqdan gizləndiyini və onun hazırkı yerinin naməlum olduğunu nəzərə alaraq o, axtarışa verilib", - ölkənin İstintaq Komitəsi bildirib.
Qeyd olunur ki, Minasyan səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.