13/11/2019 21:19
728 x 90

ABŞ Venesuelanın Hərbi Kəşfiyyat Agentliyinə sanksiya tətbiq etdi

img

Amerika Birləşmiş Ştatları Venesuelanın Hərbi Kəşfiyyat Agentliyinə sanksiya tətbiq edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Venesuelada dövlət başçısı Nikolas Maduro rəhbərliyinə qarşı çevriliş təşəbbüsündə günahlandırılan təqaüddə olan hərbçi Rafael Akosta Arevalonun həbsdə işgəncə nəticəsində vəfat etməsindən sonra bu ölkənin Hərbi Kəşfiyyat Agentliyinə sanksiyalar tətbiq edildiyini bildirir.

Akostanın ölümünün qəbuledilməz olduğu vurğulanan açıqlamada, ABŞ-ın Maduro rejiminin müxalifləri dəf etmək məqsədilə həyata keçirdiyi qeyri-insani davranışlarına son verməyə qərarlı olduğu qeyd edilir.

Bu addım ABŞ-ın Maliyyə Nazirliyinin Maduro müzakirəçiləri ilə müxalifət liderlərin Barbados görüşündən sonra Venesuela hökumətinə təzyiq göstərdiyi bir vaxt atılıb. Maduronun sözçüsü Xorxe Rodrigez deyib ki, Norveçin vəsitəçilik etdiyi müzakirələrdə uğurlu mübadilə əldə edilib. Lakin o, hansısa razılıq əldə edildiyinə dair təfərrüat verməyib. Son dialoqun müsbət nəticələndiyinə inananlar çox azdır. Belə ki, bundan əvvəlki müzakirələr nəticəsiz başa çatmışdı.

Maduro tez-tez sülh müzakirələri keçirərək ölkədəki böhrana sülh yolu ilə son qoyulmasını istədiyini deyir. Müxalifət isə hakimiyyətin hədələr, işgəncələr və siyasi oppnentlərinin qətli üçün zaman qazanmağa çalışdığını bildirir.

Avropa İttifaqı da Venesuelaya qarşı silah embarqosu daxil olmaqla, bir sıra iqtisadi sanksiyalar təsdiq edib. Silah qadağası prezident Nikolas Maduro hökumətinin repressiya və təqib üçün istifadə oluna biləcək hərbi avadanlıqları almasının qarşısını almaq üçün nəzərdə tutulub. Sanksiyalara həmçinin aktivlərin dondurulması və Maduroya yaxın bəzi keçmiş və hazırkı Venesuela rəsmilərinə qarşı səyahət məhdudiyyətləri daxildir.

Qeyd edək ki,  Maduro hökumətinə qarşı dövlət çevrilişinə cəhd göstərmək ittihamı ilə həbs olunan Hərbi Dəniz Qüvvələrinin təqaüdçü hərbçisi Arevalonun həbsdə işgəncə nəticəsində öldüyü ortaya çıxıb.

Məhkəmə iclasından sonra çatdırıldığı xəstəxanada həyatını itirən təqaüdçü hərbçinin cəsədinə baxış zamanı onun bədənində çoxsaylı işgəncə izi müəyyən edilib.

Son xəbərlər