18/09/2019 05:43
728 x 90

Putin Zelenski ilə ilk dəfə danışdı, liderlər Minskdə görüşə bilər...

img

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti ilə Ukraynanın şərqindəki qanlı münaqişəsinin müzakirəsinə hazır olduğunu bildirib.

Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Putin bunu Vladimir Zelenskinin ABŞ, Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə keçirilə biləcək danışıqlar təklifini irəli sürməsinə cavab olaraq deyib. Lakin görüşün Ukraynada ayın sonunda keçiriləcək parlament seçkilərinədək baş tutacağı gözlənilmir.

Bu arada Putinlə Zelenski arasında ilk dialoq baş tutub. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, Putinin mətbuat katibi Dmitri Peskov danışığın Kiyevin təşəbbüsü ilə baş tutduğunu deyib.

Peskovun sözlərinə görə, prezidentlər Donbassda vəziyyəti, eləcə də "hər iki tərəfin saxladığı şəxslərin qaytarılmasını" müzakirə ediblər.

Putinlə Zelenski həmçinin Normand formatında danışıqlar mövzusuna da toxunublar.

May ayında prezident seçilən Zelenski separatistlərin münaqişəsinə son qoyacağına söz verib. Münaqişə 2014-cü ildən bəri 13 mindən çox insan həyatına son qoyub. Zelenskinin təklif etdiyi müzakirələr Belarusun paytaxtı Minskdə baş tuta bilər. Həmin şəhərdə 2014-2015-ci illərdə Rusiya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Ukrayna rəsmiləri və separatist liderlərin görüşü keçirilmişdi.

Son xəbərlər