24/07/2019 01:18
728 x 90

İrəvan meriyasının qarşısına zibil paketləri atdılar

img

İrəvanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib. “Trend”in erməni KİV-inə istinadən məlumatına görə, etirazçılar meriya binasının qarşısına zibil paketləri atıblar.

Qeyd olunur ki, etirazçılar küçələrdən zibilin yığışdırılmadığını bildiriblər. Aksiya iştirakçıları arasında saxlananlar var.

Son dövrlərdə şəhərdə zibilin toplanması ilə məşğul olan “Sanitek” şirkətinin işinin öhdəsindən gələ bilmədiyi deyilir.

İrəvan meriyası şirkəti bir neçə dəfə cərimələdiyini bildirib. Şirkət isə şəhərdə yolların pis vəziyyətdə olması ilə əlaqədar zibil maşınlarının tez sıradan çıxdığını deyib.

Son xəbərlər