19/08/2019 06:23
728 x 90

Tramp Britaniyanın ABŞ-dakı səfirini “vurdu”, Mey də tənqidlərdən nəsibini aldı

img

ABŞ Prezidenti Donald Tramp onun haqqında “bacarıqsız” deyən Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kim Derroku tənqid edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında Derrokla bağlı “Artıq onunla işimiz olmayacaq” deyib.

Tramp həmçinin Böyük Britaniyanın Baş naziri Tereza Meyi Brexit-in (Avropa Birliyindən çıxmağı) müzakirə qaydalarının yanlış olduğunu deyib: “Ona bu işin necə görüləcəyini anlatdım, ancaq o başqa bir yol seçməyə qərar verdi”.

Tramp son günlər onun haqqında yazışmaları mediaya sızan Britaniyanın Vaşinqtondakı səfiri Kim Derroku ad çəkmədən tənqid edib: “

​"Mən səfiri tanımıram, amma ABŞ-da onu sevmirlər və haqqında da yaxşı fikirdə deyillər. Biz daha onunla heç bir iş aparmayacağıq. Yaxşı xəbər də odur ki, Birləşmiş Krallığın qısa müddət sonra yeni baş naziri olacaq", - Tramp yazıb.

Son xəbərlər