10/12/2019 17:04
728 x 90

İrandan nüvə razılaşmasına daha bir zərbə... BMT Tehranın uran zənginləşdirilməsi limitini aşdığını təsdiqlədi

img

İran nüvə sazişində nəzərdə tutulmuş limiti aşaraq uranın zənginləşdirilməsini 4,5 faiz həddinə çatdırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi açıqlama verib.

Kəmalvəndi, bu həddin ölkədə enerji reaktorlarının yanacaq ehtiyaclarını qarşılamaq üçün istehsal edildiyini söyləyib. O, sanksiyaların yüngünləşdirilməsi yolunda istədiyi köməyi almadığı təqdirdə, İranın nüvə razılaşması çərçivəsində öhdəliklərindən uzaqlaşmaq üçün növbəti addım olaraq uran zənginləşdirməyi davam etdirək 20 faizə artıracağını düşündüyünü deyib.

Bununla da İran nüvə razılaşması ilə nəzərdə tutulmuş 3,67 faiz həddini keçib.

BMT-nin atom agentliyi də İranın uran zənginləşdirilməsi limitini aşdığını təsdiqləyib. Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, müfəttişlər İranın nüvə silahından çəkindirmək üçün 3.67 faizlik limiti 4.5 faizə qaldırdığını təsdiq edib.

İranla 2015-ci il nüvə sazişini imzalayan Avropa İttifaqı isəTehranın əməlindən hədsiz dərəcəcədə narahat olduğunu bildirib. Rusiya da narahatlığını ifadə edərək, Trampın nüvə sazişindın çıxmasının qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini deyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens isə Tramp administrasiyası altında İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini deyib. 

Son xəbərlər