24/07/2019 01:20
728 x 90

Londona qaçmış Dubay şeyxinin arvadının yeni eşq macəraları barədə xəbərlər yayılıb

img

İngiltərə mediası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı Haya bint əl-Hüseyn haqqında yeni iddialar ortaya atıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Dubay şeyxinin altı həyat yoldaşından biri olan Haya son aylarda sığınacaq almaq üçün qaçdığı Almaniyadan Londona gedib və onun iki uşağı ilə burada gizləndiyi bildirilir. Şeyxin 33 yaşında qızı Latifanın da keçən il qaçmağa çalışarkən yaxalandığına dair xəbərlər yayılmışdı.

İngiltərə mətbuatı Hayanın Londondakı həyatı haqqında yeni məlumatlar yayıb. “Daily Mail” iddia edir ki, Hayanın London mərkəzli təhlükəsizlik şirkəti “UK Mission Enterprise Limited”də işləyən bir mühafizəçi ilə əlaqəsi var. Hayanın ərindən ayrılıb mühafizəçi ilə yeni bir ailə qurmaq istədiyi, ancaq maddi sıxıntılarla üzləşəcəyindən bunu reallaşdıra bilmədiyi iddia edilir.

Onun qardaşı, İordaniya kralı Abdullahın da yasaq əlaqəsindən xəbərdar olduğu, digər yaxınlarının Hayaya həyat yoldaşından rahat həyat şəraiti qura biləcəyi müqdarda pul almasını tövsiyə etdikləri deyilir.

Yazıda Hayanın ingilis sevgilisi üçün olduqca bahalı hədiyyələr aldığı və bundan ötrü lazım olan pulları da ərindən aldığı qeyd edilir.

Dubay mətbuatı isə bir az da irəli gedərək, Hayanın ən kiçik oğlunun Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumdan deyil, şahzadənin sevgilisindən olduğunu iddia edib.

Qeyd edək ki, cütlüyün boşanması ilə bağlı iddalarına iyulun 30-da London məhkəməsində baxılacaq.

Son xəbərlər