Almaniya ABŞ-ın “Suriyanın şimal-şərqinə quru qoşunları göndərin” çağırışını rədd edib. Baki-xeber.com xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, rəsmi Berlin Suriyaya quru qoşunları göndərilməyəcəyini bəyan edib.
Bundan əvvəl “Welt am Sonntag” qəzetinə açıqlama verən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Suriyada Almaniyadan hərbi mənada daha çox dəstək gözlədiklərini deyib. Suriyanın şimal-şərqindən ABŞ qoşunlarının bir hissəsini Almaniya hərbçilərinin əvəzləməsini istədiklərini deyən C.Ceffri bildirib ki, ABŞ anti-İŞİD koalisiyasındakı tərəfdaşları arasında könüllülər axtarır: “Almaniyanın bu məsələdə daha çox işlər görəcəyinə ümid edirik”.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert isə belə bir addım atmağı nəzərdən keçirmədiklərini deyib: "Suriyada quru qoşunlarımız yoxdur və bunu dəyişdirməyi də planlaşdırmırıq".