24/07/2019 01:16
728 x 90

Səfir Britaniya ilə ABŞ-ı bir-birinə qatdı… Tramp haqda gizli yazışmalar mediaya sızdı

img

Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrokun ABŞ prezidenti ilə bağlı gizli yazışmaları qalmaqala səbəb olub.

Baki-xeber.com xəbər verir ki, Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Tom Tugendhat, Donald Tramp haqda xoşagəlməz ifadələr işlədən səfirin müdafiəsinə qalxıb.

“Səfirin vəzifəsi ingilis xalqınn maraq və istəklərini təmsil etməkdir, ABŞ-ın maraqlarını deyil” deyən komitə sadri hesabatın mətbuata sızdırılmasını qanun pozuntusu adlandırıb və bununla bağlı istintaqın başlanmasına çağırıb.

Trampın yaxın dostum dediyi Brexit Partiyasının sədri Nigel Farage isə ABŞ prezidentini “bacarıqsız” adlandıran səfiri sərt tənqid edib. Səfirin tutduğu posta uyğun olmadığını deyən Farage, onun haqqında “Vəzifədən nə qədər tez getsə, o qədər yaxşı olar” ifadəsini işlədib.

Qeyd edək ki, səfirin diplomatik yazışmalarını “Daily Mail” qəzeti yayıb. Yazışmalarda, Tramp hökumətinin qalmaqallar səbəbilə çökə biləcəyini qeyd edən Darrok ancaq yenə də rəsmi Londonu “Trampı silməməyə” çağırıb. Səfir bildirib ki, ABŞ prezidenti həyatının böyük hissəsini qalmaqallarla keçirir, amma hər zaman ayaqda qalır: “Tramp Şvartsenegger kimi “Terminator”un son səhnəsində sağlam bir şəkildə alovların içindən çıxa bilər”.

Son xəbərlər