10/12/2019 18:15
728 x 90

Çipras məğlub oldu, “Yeni demokratiya” Yunanıstanda hökuməti ələ keçirdi

img

Yunanıstanda iyulun 7-də növbədənkənar parlament seçkiləri keçirilib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ilkin açıqlamalara görə, seçkini Kiriakos Miçotakisin rəhbərlik etdiyi müxalif “Yeni demokratiya” Partiyası qalib gəlib.

“Yeni demokratiya” 38-42 faiz səslə 26,5-30,5 faiz səs qazanmış hazırkı baş nazir Aleksis Çiprasın başçılıq etdiyi SİRİZA Partiyasını üstələyərək tək başına yeni hökumət qurmaq üçün mandat qazanıb.

Seçkinin nəticələrinə görə, "Yeni Demokratiya" 300 yerlik parlamentdə 155-167, SİRİZA isə 77-88 arasında mandata sahib olacaq.

Yekun nəticələrdən sonra SİRİZA ana müxalifət partiyasına çevriləcək, “Yeni demokratların” lideri Kiriakos Miçotakis isə ölkənin yeni baş naziri kimi hökuməti formalaşdıracaq.

Son xəbərlər