ABŞ Almaniyanı Suriyanın şimal-şərqinə qoşun göndərməyə çağırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə “ Welt am Sonntag” qəzetinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri açıqlama verib.
Almaniyanın, Suriyanın şimaldakı siyasi proseslər və İŞİD-lə aktiv mübarizədə roluna diqqət çəkən C.Ceffri, Almaniyadan hərbi mənada daha çox dəstək gözlədiklərini deyib.
Suriyanın şimal-şərqindən ABŞ qoşunlarının bir hissəsini Almaniya hərbçilərinin əvəzləməsini istədiklərini deyən C.Ceffri bildirib ki, ABŞ anti-İŞİD koalisiyasındakı tərəfdaşları arasında könüllülər axtarır: “Almaniyanın bu məsələdə daha çox işlər görəcəyinə ümid edirik”.
O, tələb edilən əsgərlərin müharibə biliyi olmasının əsas olmadığını deyib. “Suriyadakı yerli qüvvələr İŞİD-in qarşısına aıa bilir. Ancaq hava dəstəyi, logistika, təlim və texniki yardım məsləsində müəyyən bir beynəlxalq gücə ehtiyac var” - C.Ceffri deyib.
O qeyd edib ki, Suriyanın şimalındakı ABŞ qoşunlarının çıxarılmasından sonra, burada yerləşdiriləcək Almaniya və ya digər ölkə əsgərlərinin müharibə təcrübəsi olmalıdır: "Əsgərlər özlərini müdafiə etməyə hazır olmalıdırlar. Əsgərlərdə ağır silahlar olacaq. Ancaq hücum qüvvələri əsasən suriyalı döyüşçülərdən ibarət olacaq".