İran ordusu və İranın dəstəklədiyi qüvvələr Orta Şərqdə ABŞ ordusuna qarşı hücuma hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, bu barədə “USS Abraham Lincoln” qırıcı təyyarə daşıyıcısı və bomba hədəf qrupunun bölgəyə göndərilməsilə bağlı ABŞ Hərbi Komandanlığı (CENTCOM) və ABŞ-ın Avropa Qüvvələrinin (EUCOM) açıqlamasında deyilir.
Təyyarə gəmisinin Orta Şərqə, CENTCOM-un tələbi, ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanın icazəsi ilə göndərildiyi deyən polkovnik Bill Urban bildirib: “ABŞ Hərbi Komandanlığı, son vaxtlar İran ordusu və İranın dəstəklədiyi qüvvələrin bölgədəki ABŞ ordusuna qarşı hücum hazırlığında olduğuna dair məlumatlar əldə etməsindən sonra, bölgəyə əlavə qüvvələrin göndərilməsini istəyib”
Qeyd edilir ki, bundan əvvəl, sözügedən məlumatın ABŞ-a İsrail kəşfiyyatı tərəfindən ötürüldüyü bildirilirdi. ABŞ mediasında yer alan xəbərlərə görə, İsrail kəşfiyyatının ABŞ-a İranın bölgədəki Amerika əsgərlərinə qarşı hücum hazırlığında olduğuna dair məlumat çatdırmasından sonra Vaşinqton bölgəyə təyyarə gəmisi göndərib.
Bildirilir ki, İsrail kəşfiyyatı iki həftə əvvəl Ağ Evdə görüş zamanı İranın ehtimal edilən bir neçə planını Amerika rəhbərliyinə çatdırıb. Iddialara görə, İsrail ABŞ-a İranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, bölgədə Amerikaya aid hədəflərə hücum edəcəyinə dair məlumatlar verib.
“USS Abraham Lincoln” daşıyıcısına, aprel ayının əvvəlində ABŞ limanını tərk edərkən döyüş təyyarələri, vertolyotlar və 6000-dən çox dəniz piyadası qüvvəsi daxil olduğu zərbə qrupu da daxildir.
Bir neçə gün əvvəl ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun ABŞ-ın İranla əlaqəli bir sıra narahatedici əmrlər və xəbərdarlıqlardan sonra Yaxın Şərqə qırıcı təyyarə daşıyıcısı və bomba hədəf qrupu göndərildiyinə dair bəyanatı region ölkələri tərəfindən fərqli reaksiyalarla qarşılanıb. Bolton bu addımların "İran rejiminə ABŞ və ya onun müttəfiqlərinə qarşı hər bir hücumunun dayandırılmayan bir güclə qarşılanacağını açıq və sarsılmaz bir siqnal göndərmək üçün" atıldığını söyləyib.
Ərəb mediası yazıb ki, ABŞ-ın Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməsi İranla gərginlikləri artırmaqla yanaşı, iranlıların Hörmüz boğazını bağlaması ilə nəticələnə bilər.
Əl-Ərəbiyyə TV təhlilçisi Yusif Əzizi isə İranın Livan, İraq və Əfqanıstan kimi ölkələrdən döyüşçüləri Xuzestan vilayətinə gətirərək, ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinə qarşı hücumlar etmək ehtimalından danışıb. İran mediası isə onların daşqın qurbanlarına yardım etdiyini bildirib.